Ekologiya
Bakı bu il İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi edəcək
COP29-un uğurla başa çatmasından sonra Azərbaycan bu il də Bakı İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi edəcək.
Publika.az xəbər verir ki, sentyabrın 29-dan oktyabrın 3-dək Bakıda keçiriləcək tədbirə dair məlumat COP29-un prezidenti Muxtar Babayev və BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai tərəfindən verilib.
Muxtar Babayev bildirib ki, COP29-a ev sahibliyi etmək Azərbaycan üçün böyük şərəf olub və əldə edilən nəticələr qürurvericidir. O vurğulayıb ki, iqlim dəyişikliyinin təsirləri davam etdiyi üçün fəaliyyətlər dayanmamalıdır və bu məsələ həm qlobal, həm də regional səviyyədə diqqətdə saxlanmalıdır: “Azərbaycan regionda iqlim tədbirlərində lider mövqeyini qoruyacaq və yaşıl keçid imkanlarını nümayiş etdirməyə davam edəcək. Braziliyanın COP30-a sədrliyi dövründə onların məqsədlərinə çatmaları üçün yaxından əməkdaşlıq olunacaq”.
Nigar Arpadarai isə qeyd edib ki, ədalətli və təhlükəsiz iqlim keçidi üçün geniş ictimai dəstəyə ehtiyac var. Ötən il keçirilmiş Bakı İqlim Fəaliyyəti Həftəsi bu baxımdan mühüm təşəbbüs olub və bu il də bu təşəbbüs davam etdirilərək əməkdaşlıq və təcrübə mübadiləsi üçün yeni imkanlar yaradacaq. O, həmçinin Bakı ilə London və Rio-de-Janeyro arasında iqlim sahəsində tərəfdaşlığın genişləndiyini bildirib.
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində beynəlxalq konfrans, seminarlar, dəyirmi masalar və mədəni tədbirlər keçiriləcək. Tədbirdə iqlim sahəsində çalışan mütəxəssislər, dövlət qurumları, investorlar və vətəndaş cəmiyyəti nümayəndələri bir araya gələcək.
Bu il Bakı İqlim Fəaliyyəti Həftəsinin proqramına enerji keçidi, davamlı kənd təsərrüfatı və su ehtiyatlarının idarə olunması, şəhərlər və tikinti mühiti, elm, texnologiya və innovasiya, davamlı iqtisadi inkişaf, KOB və yaşıl bacarıqlar, gənclər və yeni nəsil startaplar, iqlimə uyğunlaşma və dayanıqlılıq kimi əsas mövzular daxildir.
-
Magazin206:16Qızı ilə birlikdə dekolteli çimərlik geyimində poza verdi - FOTO
-
Dəb05:45Payız mövsümü üçün ən yaxşı cins modelləri - Bu rənglər trend olacaq
-
İdman05:15Ronaldo toyundan sonra saçlarını kürən rəngə boyadı - FOTO
-
ABŞ02:12Bill Qeytsin qızı 20 il həbsdə yata bilər - Görün nə edib
-
Dəb01:11Payız mövsümünün əsas saç trendi bəlli oldu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sizi romantik və unudulmaz anlar gözləyir
-
Kriminal13 Avqust 23:24Biləsuvarda qətlə yetirilən Şölətin FOTOSU
-
İKT13 Avqust 23:12"iPhone 18" hansı xüsusiyyətlərə sahib olacaq? - DETALLAR



































