Yaşıl Sabah
Xəzər 50 metr geri çəkilib, gəmilər dənizin ortasında qalıb - Aşağı Nüvədidən reportaj
Səxavət Həsənov ömrünün yarıdan çoxunu balıqçılığa həsr edib. O, Lənkəran rayonunun Xəzər dənizi sahilində yerləşən Aşağı Nüvədi kəndinin sakinidir. Tarixən kənddə bir çox ailənin əsas dolanışıq mənbəyi məhz balıqçılıq olub. Lakin son illər Xəzər dənizinin geri çəkilməsi balıqçıların fəaliyyətində ciddi çətinliklər yaradıb.
Müsahibimizin sözlərinə görə, əvvəllər gəmi və xüsusi balıqçı qayıqlarını dənizə çıxarmaq asan idisə, hazırda suyun səviyyəsinin enməsi bu prosesi xeyli qəlizləşdirib. Belə ki, əvvəllər su altında qalan qayalıqlar üzə çıxıb. Bu isə həm qayıqların dənizə çıxışına, həm də sahilə qaytarılmasına mane olur. Qayalara çırpılan qayıqların tez-tez təmirə ehtiyac duyması isə balıqçıların gəlirinə birbaşa mənfi təsir göstərir.
Digər ciddi problem isə balıqların sahildən uzaqlaşmasıdır. Dəniz suyunun azalması səbəbindən balıqlar dənizin daha dərin və mərkəzi hissələrinə doğru hərəkət etməyə başlayıblar. Halbuki mövcud qaydalara görə, balıqçıların sahildən uzaqlaşma məsafəsi cəmi 3 milədək məhdudlaşdırılıb.
Səxavət Həsənov qeyd edir ki, kifayət qədər ov etmək üçün sahildən təxminən 15-20 mil məsafəyədək getmək lazım gəlir, lakin qanunvericilik buna icazə vermir. Nəticədə həm balıq ehtiyatlarının uzaqlaşması, həm də məsafə məhdudiyyəti yerli balıqçıları çıxılmaz vəziyyətdə qoyur.
Ətraflı videoda:
-
Sosial21:47Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Magazin221:12Planetin ən dəbli kişisi o imiş...
-
ABŞ20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü
-
Ekologiya19:30Bakıda külək gücləndi - Faktiki hava
-
İdman19:12Zlatan İbrahimoviç kriminal serialda rol alacaq
-
Sosial19:00Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı
-
Avropa18:36Şahzadə Uilyamın malikanəsinə gecə basqını - Helikopterlər havaya qaldırıldı
-
İqtisadi gündəm18:24Azərbaycanda aqrar sektor üçün yeni bank məhsulu buraxıldı






































