Region
İranda məşhur müğənnini şallaqladılar - VİDEO
İranda 29 yaşlı müğənni Pərəstu Əhmədi (Parastoo Ahmadi) və komandasının dörd üzvü hicabsız konsert verdiklərinə görə Qum şəhərində şallaq cəzasına məruz qalıblar.
Publika.az BBC-yə istinadla xəbər verir ki, müdafiə tərəfinin vəkilinin sözlərinə görə, bazar ertəsi günü müğənni, üç musiqiçi və bir prodüserin hər birinə 74 şallaq zərbəsi vurulub.
Pərəstu Əhmədi 2024-cü ilin dekabrında “YouTube” kanalında canlı yayımlanan konsertdə səhnəyə başıaçıq və qolsuz libasda çıxıb. İran qanunvericiliyi qadınların ictimai konsertlər verməsini qadağan edir və məcburi hicab tələb edir.
Bu ilin iyun ayında Qum Cinayət Məhkəməsi Əhmədini və daha səkkiz nəfəri “ədəbsiz və uyğunsuz məzmun” yaymaqla “ictimai əxlaqı pozmaqda” təqsirli bilib. Təqsirləndirilən şəxslər ittihamları rədd etsələr də, məhkəmə onlara 74 şallaq cəzası, eləcə də audiovizual fəaliyyətə və xaricə səyahətə iki illik qadağa cəzası kəsib. Sentyabrın sonunda apellyasiya məhkəməsi şikayəti rədd edərək hökmü qüvvədə saxlayıb.
Vəkil bildirib ki, cəzanın ləğvi, yüngülləşdirilməsi və ya icrasının təxirə salınması üçün edilən bütün müraciətlər nəticəsiz qalıb: “Cəzanın təxirə salınmasını xahiş etdik, lakin icra idarəsi dərhal tətbiq edilməsində israr etdi”.
İslahatçı “Etemad” qəzetinin digər vəkil Mustafa Niliyə istinadən yazdığına görə, müğənni ilə birlikdə cəzalandırılan dörd nəfər Soheyl Fəqih Nəsiri, Əmin Tahiri, Əmirəli Pirniya və Möhsün Ləşkəridir.
Hökmün icrası iranlı sənətçilər və beynəlxalq insan haqları təşkilatları tərəfindən kəskin pislənilib.
Müəllif: Tural
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı









.jpg)








.jpg)















