Ekologiya
Dünyanın dağılmasını sürətləndirənlər tapıldı: Görün kimlərmiş
Beynəlxalq alimlər qrupu hesablayıb ki, planetin ən varlı adamları qlobal istiləşməyə digərlərindən daha çox “töhfə” verirlər.
Publika.az xəbər verir ki, tədqiqat "Nature Climate Change" jurnalında dərc olunub.
Tədqiqatın İsveçrə Federal Texnologiya İnstitutundan olan aparıcı müəllifi Sara Şenqart, maliyyə rifahı və karbon izi arasında əlaqə tapıb. O hesablayıb ki, dünyanın ən zəngin 1 faizi qlobal istiləşməyə orta göstəricidən 26 dəfə çox "töhfə" verib.
"Ətraf mühiti çirkləndirən zəngin ölkələr ekstremal iqlim hadisələrinin baş verməsində mühüm rol oynayır", - mütəxəssis vurğulayıb.
Həmmüəllif Karl-Fridrix Şleyssner də ekoloji fəlakətin yaranmasında məsuliyyətsiz insanları günahlandırıb. O qeyd edib ki, əgər cəmiyyətin ən zəngin hissəsi öz karbon izini idarə etsə, o zaman qlobal ekologiya ilə hər şey yaxşı olar.
"Bu, akademik müzakirə deyil - biz bu gün iqlim böhranının real nəticələrindən danışırıq", - deyə Şleyssner bildirib. Alimlər belə qənaətə gəliblər ki, atmosferə faktiki emissiyalara görə məsuliyyəti yenidən bölüşdürmək və inkişaf etmiş ölkələri karbon izlərini azaltmağa məcbur etmək lazımdır.
Adəm
-
Sosial23:15Leyla Əliyeva qızı ilə Nəbatat bağında - FOTO
-
Sosial23:12Axtarışa verilən 2-ci sinif şagirdinin meyiti körpü altında tapıldı
-
Sosial21:47Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Magazin221:12Planetin ən dəbli kişisi o imiş...
-
ABŞ20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü
-
Ekologiya19:30Bakıda külək gücləndi - Faktiki hava
-
İdman19:12Zlatan İbrahimoviç kriminal serialda rol alacaq
-
Sosial19:00Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı





































