Ekologiya
Leysan və qar yağdı - FAKTİKİ HAVA
Saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunub.
Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağa isə qar yağıb.
Düşən yağıntının miqdarı Şəkidə (Kişçay) 47 (aylıq normanın 45 % -i), Qaxda (Sarıbaş) 37 (aylıq normanın 30 % -i), Zaqatalada 22, Oğuzda 19, Qəbələdə 17, Şahbuzda 15, Goranboy və Balakəndə 13, Lerik və Qrızda 11, Gədəbəy, Naftalan, Tovuz, Qusar, Xınalıq, Göyçay, Sədərək, Astara, Xaltan, Tərtər, Cəlilabad, Yardımlı, Quba, Mingəçevir, Naxçıvan, Ağstafa, Neftçala, Şuşa, Kəlbəcər, Biləsuvar, Daşkəsən, Altıağac, Yevlax, Sabirabad, Cəfərxan, Bərdə, İsmayıllı, Gəncə, Göygöl, Culfa, Şəmkir, Şabran, Lənkəran, Qobustan, Laçın, Qubadlı, Xankəndi, Xocalı, Füzuli, Ordubad və Şərurda 1-10 mm, Bakıda və Abşeron yarımadasında isə 5 mm-dək təşkil edir.
Mayın 14-ü saat 18:45 -18:55 radələrində Şahbuza diametri 3 mm olan dolu düşüb.
Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Balakən, Qax, Şəki, Qəbələ, Altıağac, Qusar, Şamaxı, Qrız, Göyçay, Lerikdə duman müşahidə olunur, dumanda görünüş 500 m-dək məhdudlaşır.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 14, Aran rayonlarında 16, dağlıq rayonlarda isə 6 dərəcəyədək isti qeydə alınıb.
-
Magazin206:16Qızı ilə birlikdə dekolteli çimərlik geyimində poza verdi - FOTO
-
Dəb05:45Payız mövsümü üçün ən yaxşı cins modelləri - Bu rənglər trend olacaq
-
İdman05:15Ronaldo toyundan sonra saçlarını kürən rəngə boyadı - FOTO
-
ABŞ02:12Bill Qeytsin qızı 20 il həbsdə yata bilər - Görün nə edib
-
Dəb01:11Payız mövsümünün əsas saç trendi bəlli oldu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sizi romantik və unudulmaz anlar gözləyir
-
Kriminal13 Avqust 23:24Biləsuvarda qətlə yetirilən Şölətin FOTOSU
-
İKT13 Avqust 23:12"iPhone 18" hansı xüsusiyyətlərə sahib olacaq? - DETALLAR



































