Ekologiya
Əvvəllər zibil kimi atılırdı, indi kiloqramı 128 MANATA SATILIR
Əvvəllər tullantı hesab edilən, lakin bu gün "təbiətin super qidası" kimi tanınan arı çörəyi (güləm) arıçılar üçün yeni gəlir mənbəyinə çevrilib.
Publika.az xəbər verir ki, bir çay qaşığında bir kilo ətə bərabər zülal ehtiva etdiyi bildirilən bu məhsulun kiloqramı hazırda 3 min TL-yə (128 manat) satılır.
Bal istehsalçıları bildirirlər ki, arıların bitkilərdən topladıqları tozcuqları pətəklərə daşıyıb fermentasiya etməsi ilə əldə edilən arı çörəyi zəngin amin turşusu və protein tərkibi ilə seçilir. Tərkibində 22-23 növ amin turşusu olan bu qida uşaqların inkişafı, pəhriz saxlayanlar və səhhətini gücləndirmək istəyənlər üçün tövsiyə olunur.
25 ildir arıçılıqla məşğul olan Engin Ekinci bildirir ki, bir neçə il əvvəl arı çörəyi zibilə atılırdı:
"Arı çörəyi olmasa, arı da olmaz. Bu, arıların və təbiətin əsas xammalıdır. Müxtəlif çiçəklərdən alınan bu qida ağciyər xəstəlikləri, prostat və oynaq ağrılarına qarşı faydalı hesab olunur" .
Hazırda yerli arıçılar bu məhsulun istehsalına maraq göstərir və bazarda artan tələbat səbəbilə qiyməti də yüksəlməkdə davam edir.
Hüseyn İbadlı
-
Magazin115:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
















.jpg)



.jpg)














.jpg)



