Kəlbəcərə köçürülmüş sakinlərdən 267 şəxs məşğulluq tədbirlərinə cəlb edildi
Bizi izləyin

Sosial

Kəlbəcərə köçürülmüş sakinlərdən 267 şəxs məşğulluq tədbirlərinə cəlb edildi

Kəlbəcərə köçürülmüş sakinlərdən 267 şəxs  məşğulluq tədbirlərinə cəlb edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Böyük Qayıdış proqramı çərçivəsində Kəlbəcər rayonuna köçürülmüş sakinlərlə bağlı aktiv məşğulluq tədbirlərini davam etdirir.

Publika.az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.

Həmin sakinlərdən artıq 267 şəxs məşğulluq tədbirlərinə cəlb olunub.

Onlardan: 255 nəfərin rayon ərazisində məşğulluğu təmin edilib (o cümlədən, 26 nəfəri üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb),

12 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib.

Hazırda daha bir qrup sakinin məşğulluğuna dəstək işləri aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm