Ekologiya
Buyurun cənazə namazına: Köpək balıqları da üsyan edir - FOTO
İllərin çirklənməsi Mərmərə dənizini demək olar ki, məhvə doğru aparır. Dənizin dərin dib sularında oksigen səviyyəsi sıfıra yaxınlaşdıqca qığırdaqlı balıqlar, xüsusilə köpək balıqları sağ qalmaq üçün sahilyanı ərazilərə qaçırlar.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Bildirilir ki, təmizlənməmiş məişət, kənd təsərrüfatı və sənaye tullantıları Mərmərə dənizinə axan dərələrə və çaylara atılır ki, bu da çirklənməyə səbəb olur. Ekoloqların illərlə etdiyi xəbərdarlıqlara baxmayaraq, vəziyyət dəyişməz olaraq qalır.
Qığırdaqlı balıqlar üzrə məsləhətçi Hakan Kabasakalın son araşdırmasına görə, Mərmərə dənizinin bir çox dərinliklərində həll olunmuş oksigen səviyyəsi 2 mq/l-dən aşağı düşüb. Bəzi ərazilərdə 100 metr dərinlikdən başlayaraq bu göstərici hətta 1 mq/l-dən aşağı düşür, Mərmərə dənizinin şərq hissəsində isə 200 metrdən çox dərinlikdə oksigen səviyyəsi sıfıra enir. Bu vəziyyət dəniz heyvanları üçün ölüm hökmüdür. Maddələr mübadiləsi yüksək səviyyədə oksigen tələb edən köpək balıqları və buna bənzər növlər ya ölür, ya da sahilə çıxaraq sağ qalmaq uğrunda mübarizə aparır.

Mərmərə dənizindəki ölümcül çirklənmənin əsas mənbələrindən biri Bursadakı Nilüfer çayıdır. Zifir və qara qatran rəngi olan bu çay kimyəvi çirkab su axınıdır. Bursanın Ergenesi kimi tanınan Nilüfer çayı, Susurluk çayı ilə birləşmədən və Karacabeydə Mərmərə dənizinə tökülmədən əvvəl keçdiyi sənaye bölgələrindən və yaşayış məntəqələrindən bütün tullantıları toplayır. Türkiyə Təbiəti Mühafizə Dərnəyinin elmi müşaviri Dr. Erol Kesicinin fikrincə, lazımi ehtiyat tədbirləri görülməsə, Mərmərə dənizi 2021-ci ildə baş vermiş lil dağılması fəlakətindən daha ciddi vəziyyətlə üzləşə bilər.

Ekologiya və Şəhərsalma Nazirliyinin keçmiş müşaviri professor Mustafa Öztürk iddia edir ki, Mərmərə hövzəsindəki 180-ə yaxın dərə və çayın əksəriyyəti həm sənaye, həm də məişət tullantıları ilə çirklənir və tədbir görülməsə, azalma mümkün olmayacaq. Gönen çayının çox çirkli bir su yoluna çevrildiyini qeyd edən Öztürk deyib: "Regionda ümumi çirklənmənin qarşısını almaq üçün infrastruktura təxminən 10 milyard dollar investisiya lazımdır. Müasir bioloji təmizləyici sistemlərə keçmədən Mərmərə dənizinin xilası mümkün deyil".
Öztürk bildirib ki, Nilüferdə artıq təbii axar yoxdur, buna görə də çayda nə balıq, nə quş, nə də bitki qalıb.
Bandırma Onyedi Eylül Universitetinin müəllimi professor Mustafa Sarı deyib ki, Mərmərə bölgəsində məişət tullantılarının yalnız 51%-i təmizlənir, müəssisələrin təxminən 70%-i isə heç bir təmizlənmədən birbaşa çay yatağına atırlar.
Mustafa Sarı sonda deyib ki, Mərmərə dənizi 30 milyondan çox əhalinin yükünü daşıya bilməyəcək və bu ekoloji çöküşdə hamımız məsuliyyət daşıyırıq, heç kim günahsız deyil.
Adəm
-
Rəsmi xronika16:57İlham Əliyev fərman imzaladı
-
Cənubi Qafqaz16:28Fransa SEZAR-ları Ermənistana verdi – Bu tarixdə nümayiş olunacaq
-
Yaxın Şərq16:00Səfir təsdiqlədi: İsrail ərəb ölkəsində “Dəmir günbəz” yerləşdirib
-
Sosial14:00Onlara yüksək vəzifə verildi
-
MDB13:04Qonşumuzda qorxunc demoqrafik böhran: Hökumət təcili hərəkətə keçdi
-
Sosial11:48Bu ərazilərdə 3 gün su olmayacaq
-
İdman11:18Rodriqodan ayrıldı, Tavareslə görüşdü, Eliasdan hamilə qaldı - FOTOLAR
-
Nida Xəbər 10:34Tramp onları da özü ilə Pekinə aparıb





















.jpg)
















