Ekologiya
Bu gün Bakıya yağış yağacaq - PROQNOZ
Avqustun 11-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən xəbərə görə, əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 22-25, gündüz 29-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 40-45 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26, gündüz 32-36, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti olacaq.
-
Region01:20Fırtına İstanbulu bu hala saldı - Video
-
Hadisə22 İyul 22:32Ağdamda mina partlayışları müşahidə olunur - Yeniləndi
-
Dünya22 İyul 19:10"Facebook" və "Instagram"a nə oldu?
-
ABŞ22 İyul 18:40İranın hər hücumuna görə bir körpü və ES bombalanacaq - Tramp
-
Səhiyyə22 İyul 18:20Azərbaycanda bu tibb işçilərinin maaşlarına əlavələrin müddəti uzadıldı
-
Dünya22 İyul 17:20Bu dağlarda sərvət tapıldı: Dünyanın ən böyük qızıl yatağı kəşf edildi
-
Sosial22 İyul 15:32Bakı metrosunda iş rejimi dəyişdirilir
-
Səhiyyə22 İyul 15:11Tarif Şurasından dərmanlarla bağlı qərar












.jpg)





.jpg)




















