Aktyorlar və müğənnilər Kiyevi kütləvi şəkildə tərk edirlər
Bizi izləyin

Dünya

Aktyorlar və müğənnilər Kiyevi kütləvi şəkildə tərk edirlər

Aktyorlar və müğənnilər Kiyevi kütləvi şəkildə tərk edirlər

Ukraynalı aktyorlar və komediyaçılar kütləvi şəkildə Kiyevi tərk etməyə başlayıblar.

Publika.az xəbər verir ki, bu barədə TSN məlumat yayıb.

Bildirilir ki, Ukrayna KVN liqasının və "95-ci Kvartal" komediya şousunun iştirakçısı Yelena Kravets Kiyevi tərk edib.

O, uşaqları ilə birlikdə Ukraynanın İvanovo-Frankivsk şəhərində məskunlaşıb. Digər KVN iştirakçısı və aktrisa İrina Soponaru da Kiyevi tərk edib. O, Çernovtsı şəhərinə köçüb.

Bundan əlavə, komediyaçı Alina Blajkeviç, aktyorlar Nazar Zadneprovski, Yekaterina Tışkeviç və Valentin Tomusyak, müğənni Svetlana Tarabarova və bir sıra digər ukraynalı sənətçilər Kiyevi tərk ediblər.

Kiyev və Ukraynanın bəzi digər şəhərlərində müntəzəm olaraq elektrik və su kəsintiləri baş verir.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm