Ekologiya
Ayı hovuzda belə çimdi - VİDEO
ABŞ-da ayı hovuzda çimərkən videoya düşüb.
Publika.az xəbər verir ki, Konnektikut ştatının Nyuinqton şəhərində sakin Teresa Sanderson vəhşi heyvanın gözlənilməz səfərini videoya çəkib.
Kadrlarda böyük qara ayının onun həyətinə girərək birbaşa hovuzuna doğru getdiyi görünür. Heyvan sudan çıxıb meşəyə getməzdən əvvəl sərin sudan həzz alaraq bir neçə dəqiqə sakitcə üzüb.
Sanderson heyvanın sakit olduğunu və aqressiv olmadığını bildirib. Ancaq sakinlər üçün belə görüşlər getdikcə artır. Konnektikut Enerji və Ətraf Mühitin Mühafizəsi Departamenti təkcə bu il Nyuinqtonda ayılarla bağlı 51 məlumatın olduğunu bildirib.
Ekoloqlar izah ediblər ki, bölgədəki qara ayılar xüsusilə isti yay aylarında insanların evlərinə yemək və su dalınca gəlirlər.
Mütəxəssislər xatırladırlar ki, sevimli kadrlara baxmayaraq, ayılar vəhşi və potensial təhlükəli heyvan olaraq qalırlar.
Hüseyn İbadlı
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO














.jpg)





















.jpg)


