Ekologiya
Azərbaycanda su anbarında ÖZBAŞINALIQ - İnsan sağlamlığı ciddi təhlükə altında
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti (SİMDNX) tərəfindən aparılan nəzarət tədbirləri zamanı “SİRR-M” MMC tərəfindən Viləşçay su anbarından ağır texnikalardan istifadə olunmaqla torpaq və qarışıq suxurun çıxarılması faktı aşkar edilib.
SİMDNX-dən Publika.az-a verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, MMC tərəfindən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan su anbarının müəyyən hissəsi özbaşına tutulmaqla torpaq və qarışıq suxur qanunsuz olaraq çıxarılıb.
Bildirilir ki, su anbarının balanssaxlayıcısı və istismarçısının razılığı və su fondu torpaqları üzərində tikilmiş Viləşçay su anbarının yatağının bir hissəsinin istifadəyə ayrılması ilə bağlı hər hansı qərarı olmadan “SİRR-M” MMC tərəfindən torpaq sahəsinin özbaşına tutulması və Viləşçay su anbarının daxilindən qanunsuz olaraq qum-çınqıl çıxarılması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1-ci maddəsinin tərkibini yaradır.
Qeyd edilən qanunsuz hərəkətlər Viləşçay su anbarı kimi dövlət əhəmiyyətli hidrotexniki qurğunun istismar qaydalarının pozulmasına gətirib çıxarır, həmçinin qurğunun təhlükəsizliyini risk altına alır.
Bundan əlavə, Masallı rayonunu içməli və suvarma suyu, Cəlilabad rayonunu isə içməli su ilə təmin edən Viləşçay su anbarının daxilində faydalı qazıntıların götürülməsi zamanı təbii su mühitinə təhlükəli tullantıların axıdılması və ya atılması istisna olunmur ki, bu da suyun keyfiyyətinin pisləşməsinə və insanların həyat və sağlamlığına ciddi təhlükə yarada bilər.
Göstərilən xüsusatları nəzərə alaraq aşkar edilmiş faktla bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
SİMDNX hazırda su obyektlərində və onların mühafizə zonasında mövcud qanunvericiliyin tələblərinə riayət edilməsinə nəzarət tədbirlərinin davam etdirildiyini bildirir və vətəndaşlardan bu kimi neqativ hallarla rastlaşdıqda qurumun sosial media hesabları vasitələri ilə məlumat vermələrini xahiş edir.
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO














.jpg)





















.jpg)


