Ekologiya
Təbiətə 71 min manatlıq ziyan vuruldu
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Qubadlı və İmişli rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi halları aşkar olunub.
Xidmətdən Publika.az-a verilən məlumata görə, araşdırma zamanı Bakı şəhəri, Yasamal rayonu, Vasif Əliyev küçəsi 165 ünvanında, Qubadlı rayonu Hal kəndi və İmişli rayonu ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 71 750 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Bildirilir ki, hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.
-
Nida Xəbər 17:08Ceyhun Bayramovla Maka Boçorişvili arasında təkbətək görüş başladı
-
Magazin115:12"Şəhid ailəsindən 5 min manat istəyən müğənni var"
-
Nida Xəbər 14:15Demək, cəmiyyətdə məmura qarşı etimad yoxdur - Deputat
-
Nida Xəbər 13:35Deputatdan çağırış: Atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO



































