Ekologiya
Xəzərdəki bu ada Abşerona birləşəcək - FOTO
Son illər Xəzərdə yerləşən Pirallahı adasında dənizin səviyyəsinin azaldığı ciddi şəkildə müşahidə olunur.
Publika.az xəbər verir ki, Pirallahı Rayon İcra Hakimiyyətinin İqtisadiyyat.az-ın sorğusuna cavabında ada üzrə Xəzərin suyunun 200 metr geri çəkildiyi bildirilib.
Qeyd edilib ki, suyun geri çəkilməsi prosesi 2 metr dərinliyində müşahidə olunub.
Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Xəzər dənizinin sahillərinin və dibinin geomorfologiyasi şöbəsinin müdiri Əmir Əliyev İqtisadiyyat.az-a bildirib ki, Xəzər üzrə 150-200 metr, hətta kilometr məsafədə suyun geri çəkildiyi ərazilər mövcuddur.
Şöbə müdiri xatırladıb ki, keçmişdə Pirallahı adası ilə quru ərazini birləşdirmək üçün damba inşa olunub. Onun sözlərinə görə, artıq həmin quru yolun kənarlarından da suyun geri çəkildiyi müşahidə olunmaqdadır:
"Suyun səviyyəsinin sürətlə geri çəkilməsi nəticəsində ada Abşerona birləşə bilər. Səviyyə bugünkündən bir neçə metr aşağı düşərsə, adanın quruya birləşməsi qaçılmazdır. Bunların da hamısı iqlimlə əlaqədardır. Hazırda il ərzində suyun səviyyəsi 10-15 sm aşağı düşür".
Xatırladaq ki, son dövrlər Xəzər dənizində müşahidə olunan suyun geri çəkilməsi və səviyyənin azalması elmi dairələr və ictimaiyyət arasında ciddi narahatlıq doğurur. Bu ekoloji problem təkcə regionun iqlim balansına deyil, həm də Xəzər dənizinətrafı yaşayan insanların iqtisadi və sosial həyatına təsir göstərir. Mütəxəssislər bu prosesin səbəbləri sırasında iqlim dəyişikliyi, çay axınlarının azalması və antropogen faktorları qeyd edirlər. Məsələ artıq təkcə ekoloji deyil, strateji əhəmiyyət daşıyan problemə çevrilib.
-
Dünya19:10"Facebook" və "Instagram"a nə oldu?
-
ABŞ18:40İranın hər hücumuna görə bir körpü və ES bombalanacaq - Tramp
-
Səhiyyə18:20Azərbaycanda bu tibb işçilərinin maaşlarına əlavələrin müddəti uzadıldı
-
Dünya17:20Bu dağlarda sərvət tapıldı: Dünyanın ən böyük qızıl yatağı kəşf edildi
-
Sosial15:32Bakı metrosunda iş rejimi dəyişdirilir
-
Səhiyyə15:11Tarif Şurasından dərmanlarla bağlı qərar
-
Rəsmi xronika14:27İlham Əliyev fərman imzaladı
-
Dünya13:13“Hizbullah”ı tərksilah etməyin şərtləri – Livan prezidenti ABŞ-da açıqladı







































