Ekologiya
Günəşdə 100-ə yaxın yeni ləkə peyda oldu
Son 24 saat ərzində Günəşdə 100-ə yaxın yeni ləkə peyda olub.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası məlumat yayıb.
Digər tərəfdən, son 24 saat ərzində günəş alovu spamları açıq şəkildə azalıb və məşəl qrafiki getdikcə düz xətt kimi görünür.
Alimlər bildirirlər ki, baş verənlərin izahı Günəşin sadəcə olaraq böyük partlayışlar üçün enerji toplamaq rejiminə keçməsi və özünü xırda hadisələrə sərf etməyi dayandırması ola bilər.
Əgər belədirsə, yaxın gələcək xoşagəlməz sürprizlər gətirə bilər. Xüsusən də nəzərə alsaq ki, ən böyük aktiv mərkəzlər hazırda Yer kürəsinə birbaşa təsir zonasındadır.
Ancaq mütəxəssislər optimist baxış da təqdim ediblər. Belə ki, baş verənlər altı günlük aktivlikdən sonra ulduzun nəhayət partlayıcı enerjisini tükəndirib indi tədricən soyuduğunu da göstərə bilər.
-
Nida Xəbər 17:08Ceyhun Bayramovla Maka Boçorişvili arasında təkbətək görüş başladı
-
Magazin115:12"Şəhid ailəsindən 5 min manat istəyən müğənni var"
-
Nida Xəbər 14:15Demək, cəmiyyətdə məmura qarşı etimad yoxdur - Deputat
-
Nida Xəbər 13:35Deputatdan çağırış: Atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO



































