Karni Trampın kabinetini ələ saldı: Yeni dizayneri ilə təkbətək görüşmüşəm
Bizi izləyin

Dünya

Karni Trampın kabinetini ələ saldı: Yeni dizayneri ilə təkbətək görüşmüşəm

Karni Trampın kabinetini ələ saldı: Yeni dizayneri ilə təkbətək görüşmüşəm

Kanadanın baş naziri Mark Karni ABŞ prezidenti Donald Trampın Ağ Evdəki Oval kabinetinin yeni dizaynını ələ salıb.

Publika.az xəbər verir ki, Karni Ottavada Parlament Mətbuat Qalereyasının ənənəvi ziyafətində çıxışı zamanı Trampın qızılı dekorasiyalarla zənginləşdirilən kabinetinə eyham vuraraq zarafat edib.

“Lənət olsun, çətin auditoriyadır. Mən Oval kabinetdə olmuşam. Onun yeni interyer dizayneri ilə təkbətək görüşmüşəm”, - deyə Karni bildirib.

Onun sözləri zalda gülüşə səbəb olub.

Qeyd edək ki, Tramp kabinetdəki qızılı bəzəklərin çoxluğuna görə əvvəllər də tənqid olunub. Karni çıxışı zamanı Trampı parodiya edən aktyorun köməyi ilə də ABŞ liderinə atmaca atıb.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm