Ekologiya
İlk dəfə mükəmməl moruq iyetişdirildi - Gələcəyin giləmeyvəsi necə olacaq?
Britaniyanın Kranfild Universitetinin alimləri ilk dəfə olaraq CRISPR-Cas9 genom redaktəsi texnologiyasını moruqa (Rubus idaeus) tətbiq ediblər.
Publika.az xəbər verir ki, tədqiqatın nəticələri Frontiers in Genome Editing (FGE) jurnalında dərc olunub.
Bu texnologiya moruq yarpaqlarından mikrocücərtilər vasitəsilə ayrılmış hüceyrələrin — protoplastların — redaktəsinə əsaslanır. Bu mərhələdə hüceyrələrə Cas9 zülalı və yönləndirici RNT yeridilir. Onlar DNT-ni dəqiq şəkildə dəyişdirir, lakin yad genetik material buraxmır. Bu yanaşma “DNT-siz redaktə” adlanır və klassik gen modifikasiyasından əsaslı şəkildə fərqlənir: nəticədə alınan məhsul nə hüquqi, nə də bioloji baxımdan GMO sayılmır.
Alimlərin sözlərinə görə, bu üsul seleksiya prosesini xeyli sürətləndirəcək. Beləliklə, təkmilləşdirilmiş xüsusiyyətlərə malik yeni moruq sortları təxminən bir il ərzində əldə oluna bilər. Halbuki ənənəvi seleksiya prosesi 10 ilə qədər vaxt aparır.
Gələcəyin moruqu necə olacaq?
Bu texnologiya sayəsində moruqlar:
- Boz çürüməyə qarşı davamlı
- Daha uzunmüddətli saxlanma qabiliyyətinə malik
- Daşınma zamanı daha az itkiyə uğrayan
- Daha iri, daha şirin, tumlarsız
- Hətta iqlim dəyişikliyi ilə bağlı anormal istiyə qarşı davamlı ola bilər.
Tədqiqatın müəllifi, aspirant Rayan Krit bildirib:
“Dəqiq seleksiya metodları ərzaq itkiləri ilə mübarizə və kənd təsərrüfatının dayanıqlılığının artırılması üçün son dərəcə vacibdir. Biz sübut etdik ki, bu texnologiya moruq üçün tətbiq oluna bilər. İndi əsas məqsədimiz redaktə olunmuş hüceyrələrdən tam funksional bitkilər yetişdirməyi öyrənməkdir.”
Əgər bu mərhələ də uğurla keçilərsə, mağazalarda yalnız dadlı deyil, həm də daha uzunömürlü moruq məhsulları görmək mümkün olacaq.
Hüseyn İbadlı
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO














.jpg)

.jpg)

















.jpg)


