Elm və təhsil
Rektor yeni işə qəbul olunan gənc müəllimlərlə görüşdü - FOTO
Azərbaycan Texnologiya Universitetində (ATU) yeni işə qəbul olunan müəllimlərlə rəhbərliyin görüşü keçirilib.
Rektor professor Akif Süleymanov cari tədris ilindən universitetdə pedaqoji fəaliyyətə başlayan 30-dək gənc müətəxəssisə uğurlar arzu edib. O, qeyd edib ki, ATU-nun professor-müəllim heyətinin tərkibinə yeni qatılan gənc pedaqoqlar kollketivə yeni nəfəs və dinamiklik qazandırmalıdır.
Yeni müəllimlərin yüzdən artıq namizəd arasından müsabiqə yolu ilə seçilərək işə qəbul olunduğunu bildirən professor Akif Süleymanov qeyd edib ki, bu fakt onların peşəkar biliklərinin yetərli səviyyədə omasından xəbər verir. Bu isə özünü iş prosesində göstərməli, tədris prosesində keyfiyyətin yüksəlməsi ilə öz məntiqi sonluğuna çatmalıdır. Gənc kadrların müasir tədris metodikalarına və İKT biliklərinə daha dərindən yiyələnmələri, innovativ tendensiyalara açıq olmaları tələbələrin gələcəyin peşəkar mütəxəssisləri kimi hazırlanması işində öz əksini tapmalıdır. Gənc müəllimlər eyni zamanda iş təcrübəsi daha çox olan həmkarlarının bilik və bacaraıqlarından da faydalanaraq özlərini daha təkmilləşdirməlidirlər.
Daha sonra prorektorlar Vüqar İsmayılov və Səbuhi Yusifov da çıxış edərək gənc müəllimlərə universitetdə tədris prosesinin təşkili və elmi-tədqiqat işlərinin aparılması ilə bağlı qarşıda duran vəzifələr və tapşırıqlar, həyata keçirilən islahatlar və layihələrdən yaranan öhdəliklər barədə məlumat veriblər. Qeyd olunub ki, ATU ailəsinin yeni üzvləri də ən yaşlı və təcrübəli əməkdaşlarla çiyin-çiyinə var gücü ilə universitetin inkişafı yolunda çalışmalıdırlar. Eyni zamanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının qarşıya qoyduğu vəzifələrin icrası üçün səy göstərmək də əsas prioritetlərdən olmalıdır.
Çıxış edən gənc müəllimlər isə öz növbəsində tam şəffaf və obyektiv şəraitdə keçirilən müsabiqə nəticəsində işə qəbul olunduqlarına görə rəhbərliyə minnətdarlıq ediblər. Onlar qeyd edib ki, göstərilən etimadı doğrultmaq və vəzifələrinin öhdəsindən layiqincə gəlmək üçün var gücləri ilə çalışacaqlar.
-
Sosial02:18Bakıda müşahidə olunan dronlar - Nə baş verir?
-
Qoroskop01:20Günün ulduz falı: artıq daha böyük məsuliyyət götürmək vaxtıdır
-
Dünya15 Mart 23:00Bağdad Hava Limanı raket zərbələrinə məruz qaldı - Yaralılar var
-
Sosial15 Mart 20:18Azərbaycanda heyvan ətinin satışı ilə bağlı yeni qadağa tətbiq ediləcək? - Video
-
İnanc15 Mart 19:26Ramazan ayının iyirmi altıncı günü: İmsak və iftar vaxtı, günün duası
-
Region15 Mart 18:48Qurban bayramını “lazımsız qətl ayini” adlandırdı, həbs olundu
-
Nida Xəbər 15 Mart 17:25Daha bir neçə diplomat İrandan Azərbaycana təxliyə olundu
-
Yaxın Şərq15 Mart 17:15SEPAH-ın 7 yüksək rütbəli komandiri öldürüldü






































