Bakıda müəllimlər imtahan verəcək
Bizi izləyin

Elm və təhsil

Bakıda müəllimlər imtahan verəcək

Paytaxtda müəllimlərin diaqnostik qiymətləndirilməsi keçiriləcək.

Bu barədə Publika.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, builin noyabr-dekabr aylarında əvvəlki illərdə keçirilən diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən, 2016-2017-ci dərs ilində Təhsil Nazirliyinin keçirdiyi ölkədaxili yerdəyişmə müsabiqəsi nəticəsində işə qəbul olan, habelə cari dərs ilində müddətli əmək müqaviləsi ilə vakant və ya sosial məzuniyyət yerinə işə qəbul olan müəllimlər bilik və bacarıqların diaqnostik qiymətləndirilməsinə cəlb olunacaq.

Diaqnostik qiymətləndirmənin keçirilməsində məqsəd dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıq səviyyələrini müəyyənləşdirmək, onların dərs yükü norması və əməkhaqqını artırmaqla maddi rifahını yaxşılaşdırmaq, eləcə də həmin müəllimləri inkişafyönümlü təlimlərə cəlb etməkdən ibarətdir.

Qeyd edək ki, cari ilin noyabr-dekabr aylarında ölkənin 26 rayon və şəhəri üzrə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm