DİM-dən abituriyentlərə müraciət
Bizi izləyin

Elm və təhsil

DİM-dən abituriyentlərə müraciət

Abituriyentlərə müraciət edib.

Dövlət İmtahan Mərkəzi ali məktəblərə qəbul imtahanının ikinci mərhələsində iştirak etmək istəyən abituriyentlərə müraciət edib.

DİM-dən Publika.az-a verilən məlumatda bildirilib ki, bu abituriyentlər müəyyən edilmiş vaxtda qeydiyyatdan keçməlidirlər.

“Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə ərizə qəbulu zamanı elektron ərizələrində I, II, III və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının birincisində iştirak etmək istədiyini qeyd etmiş abituriyentlər ikinci imtahanda da iştirak etmək istədikləri halda mayın 4-dən 22-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə eservices.dim.gov.az/erizebak/erize internet səhifəsində qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün onlar tələb olunan məbləği şəxsi kabinetlərinin hesabına əlavə etməlidirlər. Ərizələrində birinci imtahanda iştirak etmək istədiklərini qeyd etməyən abituriyentlər isə göstərilən tarixlərdə qeydiyyatdan keçmədən ikinci imtahanda iştirak edə biləcəklər”-deyə, DİM-dən verilən məlumatda vurğulanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm