Bu gün Ay Yer kürəsinə ən yaxın məsafədən keçəcək
Bizi izləyin

Elm və təhsil

Bu gün Ay Yer kürəsinə ən yaxın məsafədən keçəcək

Bu gün Ay Yer kürəsinə maksimum yaxın məsafədən keçəcək.

Publika.az xəbər verir ki, bu il Ayın Yerə ən yaxın məsafəsi hesab ediləcək.

Belə ki, Ay Yer ətrafında uzadılmış orbit trayektoriyası üzrə hərəkət edir. Ayda bir dəfə o, planetimizə yaxınlaşaraq perigey nöqtəsini keçir, həmçinin ayda bir dəfə apogey nöqtəsini keçərək Yerdən uzaqlaşır. Mayın 26-da qeydə alınacaq Ay perigeyini 2017-ci ilin ən yaxın məsafəsi hesab etmək olar.Bu gün Ay planetimizə 357 209 km yaxınlaşacaq.

9 iyun tarixində Yerin təbii peyki apogeyi keçərək, planetimizdən 406 401 kilometr uzaqlaşacaq. Dekabrın 19-da isə Yerdən maksimal uzaq məsəfədə (406 604 kilometr) olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm