11 müəllimin diplomu SAXTA ÇIXDI - Nazirlikdən AÇIQLAMA
Bizi izləyin

Elm və təhsil

11 müəllimin diplomu SAXTA ÇIXDI - Nazirlikdən AÇIQLAMA

Müəllimlərin işə qəbulu üçün keçirilən imtahanlarda 11 saxta diplom aşkarlanıb.

Publika.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən “Azərbaycan müəllimi” qəzetinə verilən məlumatda bildirilib.

Qeyd olunub ki, saxta diplomlar müsahibə mərhələsinin başladığı müddət ərzində aşkarlanıb.

Qeyd edək ki, avqustun 21-dən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayıb. 5225 nəfərin buraxıldığı həmin mərhələdə bu günədək artıq 3000-dən çox namizəd müsahibədən keçib.

Avqustun 26-da başa çatacaq həmin mərhələdə müəllimlərin psixoloji durumu, praktik, metodik bilikləri yoxlanılır. Müsahibə mərhələsi də test imtahanlarının keçirildiyi məkanda - Azərbaycan Texniki Universitetinin idman zalında təşkil edilib

Oxumağa davam et
Reklam
Reklam

Gündəm