Elm və təhsil
Uşağa dərs oxutmağın effektli üsulları - VALİDEYNLƏRƏ QIZIL MƏSLƏHƏTLƏR
Yeni tədris ilinin başlanması ilə valideynlərin də əziyyətli günləri başlanıb. Bütün gün işdə qayğılar, məişət problemlərinin öhdəsindən gəlməyə çalışanlar axşam da uşaqlarının ev tapşırıqlarını etmək məcburiyyətindədir. Necə deyərlər, ikinci növbəli iş kimi. Məsələn, siz bir əlinizdə dolma büküb, o biri əlinizdə uşağın "Həyat bilgisi"ndən verilən tapşırığını - yumurtadan hazırlanmış toyuq maketini ərsəyə gətirmək zorunda qalırsız.
Hərdən də müəllim(ə)lərin belə iradları ilə qarşılaşırsız:
"Sizin uşaq riyaziyyatı o qədər də yaxşı qavramır. Onunla məşğul
olun". Halbuki Pensilvaniya Universiteti professorlarından biri
sübut edib ki, şagirdin ev tapşırıqlarını yerinə yetirmə dərəcəsi,
səviyyəsi heç də onun savadının, təhsildə uğur qazanmasının
göstəricisi ola bilməz. Amma bu, heç cür ev tapşırıqlarının ləğvi
ilə nəticələnmir. Milli.Az musavat.com-a istinadən valideynlərin ev
tapşırıqlarının yerinə yetirilməsindəki rolu, iştirakı barədə bir
araşdırmanın nəticəsini sizə təqdim edir. Oxuyun və bundan sonra
uşaqlarınızla birgə yazı masasının arxasında oturub-oturmamağa
özünüz qərar verin.
Ümumiyyətlə, şagirdə baxıb, onun ev tapşırıqlarını təkbaşına, ya da
müəllimi ilə birgə etdiyini müəyyənləşdirmək olar. Əgər ana, yaxud
nənə evdədirsə, onu masa arxasında oturdacaq, ev tapşırığını
etdirəcək, bir dərsi bir neçə dəfə izah edəcək... Nəticədə uşaq hər
şeyi yaxşı, daha yaxşı edəcək.
Birincilərə kömək edin!
Psixoloq və pedaqoqlar iddia edir ki, məhz ev tapşırıqlarının
yerinə yetirilməsi nəinki məktəbdə öyrəndiyimiz bütün bilikləri
möhkəmləndirir, eyni zamanda şagirdin təşkilatlanmış, sistemli,
öyrəndiklərini strukturlaşdırmasına yardım edir. Buna görə də ev
tapşırıqlarının həll edilməsində biz valideynlərin rolu olduqca
böyükdür. Uşağın yadda saxlaya bilmədiyi məlumatları ona bu və ya
digər formada öyrətmək, yadında qalması üçün yaddaş oyunlarını
yerinə yetirmək valideynlərin vəzifəsidir. Birinci sinif
uşaqlarının valideynləri anlamalıdır ki, uşaqlara verilən ev
tapşırığı elə onlara verilən tapşırıqdır. 7 yaşlı uşağa məktəbdə
öyrədilən dərslərin çoxluğu ona uşaq kimi qalmağa imkan vermir. Ona
nəfəs almaq, fasilələr üçün imkan yaratmaq, eyni zamanda oynamağa
da icazə vermək lazımdır.
İbtidai siniflərdə uşaqların ev tapşırıqlarının yerinə yetirilməsi
üçün 1.5 saatdan artıq vaxt lazım deyil. Və eyni zamanda dinamik
fasilələri də unutmayın - hoppanmaq, qaçmaq, barmaqların
gimnastikası... Dinamik fasilə məqsədi ilə konstruktorlu,
gəlincikli oyunları da yaddan çıxarmaq olmaz. Uşaq bir dərsi yerinə
yetirdi? 10 dəqiqəlik fasilə etsin. Və bu fasilə zamanı uşağa
istədiyini etməyə imkan verin. Amma bu zaman kompüterlə oynamaq və
televizora baxmağı qadağan etmək lazımdır.
Neçənci sinif şagirdi dərsə nə qədər vaxt
ayırsın?
4-5-ci siniflərdə ev tapşırığına 2 saatdan, 6-8-ci siniflərdə 2.5
saatdan, yuxarı siniflərdə isə 3.5 saatdan artıq ayırmaq lazım
deyil.
İstirahət etmək mütləqdir. İdeal odur ki, məktəbdən sonra uşaq bir qədər gəzsin, sonra evə qayıdıb nahar etsin, ardınca istirahət etsin və ancaq ondan sonra dərslərə başlasın.
Uşaq üçün ən aktiv dönəm - saat 11-dən 13-ə qədər, eləcə də saat
16.00-dan 19.00-a qədər olan dönəmdir. Nəzərə alanda ki, 5-ci dərs
saat 13.00-13.30-da bitir, o zaman gəzinti, yemək və istirahətdən
sonra saat 16.00-ya yaxın dərs oxumağa başlamaq ən ideal
variantdır.
Uşağa dərs oxumaq üçün yer hazırlayın
Məktəblinin öz dərs masası olmalıdır. "Divanda oturub, dərslərimizi
oxuyarıq" söhbətini yığışdırın. Anası kələm doğrayan vaxt uşağın
mətbəx masasının yanında riyaziyyat tapşırığı etməsinin heç bir
mənası yoxdur. Onun daimi dərs oxuyacağı yer olmalıdır - dərs
masası, stulu, şkafı. Və ətrafda onu dərsdən yayındıracaq nə varsa,
hamısını uzaqlaşdırmaq vacibdir. Oyuncaqlar, disklər,
konstruktorlar... Bunların hamısı mane olanlar siyahısına
daxildir.
Bəs ardıcıllığı necə qurmalı?
- Dərslərin yerinə yetirilməsi prosesinə uşağın ən çox sevdiyi
dərsdən başlayın. Uşağınız hansı dərsi daha tez və zövqlə edirsə,
siyahıda birinciliyi ona verin. "Məndə hər şey alınır" deyə,
həvəslə dərs oxumağa başlayan uşaq daha qısa zamanda və uğurla
işlərinin öhdəsindən gələ bilir.
- Əgər uşaq tapşırığın üzərində uzun müddət dayanır və onun
öhdəsindən gələ bilmirsə, ona daha rahat yerinə yetirəcəyi tapşırıq
verin. Bu, beyin gimnastikası üçün çox önəmlidir.
- Yox, əgər uşaq dərsə çox tez köklənib, tez də yorulursa, o halda
ən çətin bildiyiniz dərslərdən başlayın. Çünki maksimum enerji və
diqqət tələb edən tapşırıqları enerjili vaxtda etmək
məsləhətdir.
- Şifahi və ya yazılı tapşırıqların hansından başlamağın heç bir
önəmi yoxdur. Yəni uşaq öncə qaydaları öyrənməli, ardınca qaydalara
uyğun olan yazılı tapşırıqları yerinə yetirməlidir. Yəni bu işin
doğru olan qaydası belədir.
- Mütəxəssislər həm də məsləhət görür ki, əgər siz uşağınızın
yorulduğunu görürsüzsə, israrla yuxusunu qaçırıb, dərslərini davam
etməsində dirəniş göstərməyin. Ən yaxşısı budur ki, ona dərsi
özünüz oxuyun. Uşaq özünü pis hiss edirsə, ona dərslərində kömək
edin. Yuxu vaxtına az, dərslərinin bitməsinə isə çox qalıbsa, bəzi
yükləri paylaşmağa çalışın. Məsələn, o, riyaziyyat tapşırıqlarını
edirsə, siz də ona rəsmdən verilən kağızların kəsilməsi
tapşırıqlarını edin.
Hamıdan çox oxuyuruq, ya hamıdan az?
Müqayisə üçün sizə dünya məktəblərindəki dərs müddətini də təqdim
edək. Məlum, biz yeni başlamışıq və dərs ilinin uzunluğundan,
tətillərin azlığından şikayət edirik. Bəs dünyada vəziyyət necədir?
Amerikada tədris ili 180 gündür. Məktəblilərin yay tətili 9-11
həftə çəkir. Milad bayramında 1,5-2 həftə, Şükran Günü bayramında
2-3 gün, Pasxa bayramında isə 2-5 günlük kiçik tətillər olur.
Danimarka, Fransa və İngiltərədə yay tətili 6 həftə olur. Bu
ölkələrin ara tətilləri də (rüblük) cəmi 5 gündür. İsveçdə tədris
ili iyunun ortasından avqustun ortasınadək davam edir. Milad
bayramı ilə bağlı 15 günlük tətil İsveçdə məktəblilərin dərs ili
iki hissəyə bölünür. Yaponiyada ildə iki böyük tətil - martın
sonundan aprelin əvvəlinə və iyulun sonundan avqustun sonuna kimi
nəzərdə tutulub. Yay tətili ilin ən uzun tətilidir. 24 dekabrdan 7
yanvara qədər ənənəvi qış tətilidir.
Kanadada yay tətili iyul-avqustu əhatə edir. Qış tətili isə cəmi 2
həftə olur. "Marta Break" adını daşıyan yaz tətili isə martın
üçüncü bazar ertəsindən başlayıb bir həftə sürür. Almaniyada yay
tətili 6 həftədən çox olmur. Pasxa bayramında 2, payızda 1 həftəlik
tətil, habelə dekabrın sonundan yanvarın ilk ongünlüyünə qədər
davam edən qış tətilindən başqa tətil yoxdur. Norveçdə dərs ili
avqustun son həftəsindən başlayır və iyunun ortasına kimi davam
edir. Qış tətili və Pasxa bayramı da 1 həftəlik tətillərlə müşayiət
olunur.
Azərbaycanda isə il ərzində şagirdlərə 3 ay 15 gün yay, Yeni il və
Novruz bayramlarında isə hərəsi 1 həftə olmaqla istirahət verilir.
Yəni ildə 4 ay. Bundan başqa, İngiltərədə tədris ili 38 həftə davam
edir. Yəni yayda 6, Milad və Pasxa bayramlarında isə 2-3 həftə
tətil olur. Orada tətillərin müddəti keçilən dərslərin saatları ilə
də mütənasibdir. ABŞ-da səhər saat 8:30-da başlayan dərs 16:00-da
qurtarır. İngiltərədə saat 9:00-da başlayan dərs 15:30-da başa
çatır.
Azərbaycan orta məktəbi rəqabətə uyğun deyil. Standartlara görə,
orta təhsil ən azı 12 il nəzərdə tutulur. ABŞ, Kanada, Fransa,
İspaniya, Yaponiya, Polşa, Moldova, Özbəkistan, Ukrayna, Belarus və
Gürcüstanda orta təhsil 12 ildir. Almaniya, İsveçrə, İtaliya və
Çexiyada 13, Hollandiyada 14 ildir. 12 illik təhsilə keçidin
tətillərə təsiri ola bilərdi. Yəni o zaman bol tətillər tətbiq
oluna bilər. (milli.az)
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi
-
Magazin22 Yanvar 21:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 20:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO