"5 yaşlıların 55 faizi təhsilə cəlb edilib" - Nazir
Bizi izləyin

Elm və təhsil

"5 yaşlıların 55 faizi təhsilə cəlb edilib" - Nazir

“2020-ci ilədək 5 yaşlıların məktəbəhazırlığa cəlb edilməsi 90 faizə çatdırılacaq”.

Publika.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin sədrliyilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında təhsil naziri Mikayıl Cabbarov məruzəsində deyib.

Nazir qeyd edib ki, məktəbəhazırlığın uşaqların gələcək inkişafı və təhsilində müstəsna rolu nəzərə alınaraq, ötən dərs ilində bütün bölgələrdə dövlət büdcəsi vəsaiti hesabına 5 yaşlıların 55 faizi təhsilə cəlb edilib:

“Bu il isə bunun 65 faizə çatdırılması nəzərdə tutulub 2020-ci ilədək bu rəqəmin 90 faizə yüksəlməsi planlaşdırılır. Bu da dünyanın ən inkişaf etmiş ölkələrinin səviyyəsinə bərabərdir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm