Təhsilə ayrılan xərclər hara xərclənəcək?
Bizi izləyin

Elm və təhsil

Təhsilə ayrılan xərclər hara xərclənəcək?

2018-ci il dövlət büdcəsində təhsil xərclərinə 2001.5 milyon manat vəsait ayrılıb.

Publika.az xəbər verir ki, bu barədə 2018-ci il büdcə layihəsində qeyd olunub.

Bu da ötən illə müqayisədə 210.3 milyon manat, başqa sözlə 11.7 faiz çoxdur.

Təhsil xərcləri üçün ayrılmış vəsaitin 1082.2 milyon manatı (54.1faiz) ümumi təhsil xərcləri, 628.3 milyon manat (31.4 faiz) təhsil sahəsindəki digər müəssisə və tədbirlərin keçirilməsi, 175.3 milyon manatı (8.7 faiz) məktəbəqədər təhsil xərcləri, 41.3 milyon manatı (2.1 faiz) orta ixtisas təhsil xərcləri, 42.7 milyon manat (2.1faizi) ali təhsil xərcləri, 28.0 milyon manatı (1.4 faizi) ilk-peşə ixtisas təhsili, 3.7milyon manatı (0.2faiz) əlavə təhsilin maliyyələşməsinə yönələcək.

Respublikanın şəhər və rayonlarında tikintisi başa çatacaq və istismara veriləcək məktəbəqədər təhsil müəssisələrinin və yeni qrupların açılması ilə bağlı xərclərin maliyyələşməsi üçün dövlət büdcəsi layihəsində 10 milyon manat proqnozlaşdırılır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm