AMEA qalibləri mükafatlandırdı
Bizi izləyin

Elm və təhsil

AMEA qalibləri mükafatlandırdı

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində Dil Komissiyasının növbəti iclası keçirilib.

Publika.az xəbər verir ki, tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açıb. O, ötən illər ərzində Azərbaycan dilinin dövlət dili olaraq qorunması və təkmilləşdirilməsi məqsədilə müxtəlif qanun, fərman və sərəncamların verildiyini deyib:

“Bu istiqamətdə fəaliyyəti davam etdirmək və Azərbaycan dilinin işlənmə imkanlarını daha da genişləndirmək məqsədilə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb”.

İclasda AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli “Ana dilimiz - milli varlığımızdır” müsabiqəsinin yekunları haqqında danışıb. Bildirib ki, akademik Akif Əlizadənin 22 sentyabr 2017-ci il tarixli sərəncamı ilə 23-25 oktyabr 2017-ci il tarixində AMEA-nın magistrant və doktorantları arasında müsabiqə keçirilib.

Akademik T.Kərimli müsabiqə qaliblərinin adlarını açıqlayıb. Qaliblərə və müsabiqə iştirakçılarına diplom və sertifikatlar təqdim olunub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm