Elm və təhsil
Bakı Mühəndislik və Buxarest Politexnik universitetləri əməkdaşlıq edəcək
Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Havar Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniyada səfərdə olub.
“Report” xəbər verir ki, səfər Buxarest Politexnik Universitetinin rektoru Mihnea Kostoyun dəvəti ilə həyata keçirilib.
Səfər çərçivəsində iki universitet arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləyə əsasən, gələcəkdə universitetlər arasında müəllim və tələbə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi, elmi konfrans və ikili diplomların təsis edilməsi və digər məsələlər nəzərdə tutulur. Bununla yanaşı, Bakı Mühəndislik və Buxarest Politexnik universitetləri arasında birgə sahibkaryönümlü universitet modeli mövzusunda beynəlxalq konfransın keçirilməsi də planlaşdırılır. Nümayəndə heyəti Buxarest Politexnik Universitetinin elmi tədqiqat və tədris laboratoriyaları və Bolonya prosesinə uyğun tədris prosesinin təşkili istiqamətində universitetdə aparılan işlərlə tanış olublar.
BMU təmsilçiləri Buxarestdəki Tey Parkı - Heydər Əliyev xiyabanında ümummilli lideri Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.
-
İdman11:01
AFFA Türkiyə millisinin sabiq baş məşqçisi ilə danışıqlar aparır - ŞOK İDDİA
-
Cənubi Qafqaz10:16
Azərbaycan xüsusi təyinatlıları Tavuşda? - Ermənilər qorxuya düşüb - VİDEO
-
Maraq dünyası09:54
Mayın 8-də Yer kürəsinə çatacaq - Alimlər xəbərdarlıq etdi: Oruc tutun
-
İdman09:12
Bellinqemin sevgilisi Madridi belə valeh etdi - FOTOLAR
-
Nəqliyyat08:24
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR
-
MDB08:12
Bu gün Rusiya hökuməti istefa verəcək
-
Qoroskop07:55
Yayda varlanacaq BÜRCLƏR
-
Nəqliyyat07:39
Bu yolda sürət həddi bərpa edildi