Elm və təhsil
DİM vəkillik imtahanı ilə bağlı statistik məlumatları AÇIQLADI
Dövlət İmtahan Mərkəzi yanvarın 28-də Vəkillər Kollegiyasına üzv olmaq üçün keçirilən test imtahanında iştirak edən namizədlər və onların imtahan nəticələri haqqında bəzi statistik məlumatları açıqlayıb.
DİM-dən Publika.az-a verilən məlumata görə, namizədlərin 11,5%-i xarici, 88,5%-i yerli ali təhsil müəssisələrində təhsil almış şəxslərdir.
İmtahanda iştirak etmək üçün 1966 namizəd qeydiyyatdan keçib. 93 namizəd imtahana gəlməmişdir. İmtahanda iştirak edən 1873 namizəddən 607 nəfəri müsabiqə şərtini ödəyərək – 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən namizədlərdən müxtəlif illərdə DİM (keçmiş TQDK) tərəfindən ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında iştirak edərək yalnız bakalavriat və ya bakalavriat və magistratura səviyyəsinə qəbul olanların sayı 985 nəfər olub. Bu kateqoriyaya aid olan iştirakçılardan 455 nəfər (46%) müsabiqə şərtini ödəyərək – 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb.
Vəkillər Kollegiyasına üzvlüyə qəbul imtahanında iştirak üçün qeydiyyatdan keçən, lakin DİM-in (TQDK-nın) keçirdiyi qəbul imtahanlarında iştirak etməyən namizədlərin sayı 669 nəfər olub. Bu namizədlər əsasən 1950/60/70-ci illərdə doğulan və ya xaricdə yerləşən ali təhsil müəssisələrini bitirmiş şəxslərdir. Bu kateqoriyaya aid namizədlərdən imtahanda uğur qazananların sayı 105 nəfər (16%) olub.
28 yanvar tarixində keçirilən imtahanda iştirak edən namizədlər sırasında DİM (TQDK) tərəfindən ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında iştirak edərək heç bir ali təhsil müəssisəsinə qəbul olmayan namizədlər də var. Bu namizədlər əsasən əvvəlki dövrlərdə ali təhsil müəssisələrinin daxili əmrləri ilə universitetə qəbul olunan, köçürülən və ya xaricdə təhsil alan şəxslərdir. Bu kateqoriyaya aid olan 312 namizəddən yalnız 15%-i, 47 nəfər Vəkillər Kollegiyasına üzvlüyə qəbul imtahanda uğur əldə edə bilib.
Göründüyü kimi DİM-in (TQDK-nın) keçirdiyi qəbul imtahanlarında iştirak edərək ali təhsil müəssisələrinə qəbul olan namizədlərin təqribən yarısı, digər iki kateqoriyaya aid olan namizədlərin isə 15%-i Kollegiyaya üzvlüyə qəbul imtahanında müsbət nəticə göstərib.
-
Qoroskop01:20Günün ulduz falı: romantik anlar yaşanacaq
-
Sosial15 May 23:35Azərbaycanda pensiyalarla bağlı yenilik
-
Sosial15 May 22:04Bu qadağanı pozanları həm inzibati, həm də cinayət məsuliyyəti gözləyir - Xəbərdarlıq
-
Sosial15 May 20:48Bakıda yeni park salınır: 49,5 milyon manata başa gələcək - Bəzi tikililər söküləcək
-
İnanc15 May 20:12Bayram namazının vaxtı açıqlandı
-
Nəqliyyat15 May 18:20Bu yolda çökmə oldu: sürücülərin nəzərinə!
-
Sosial15 May 17:52Yer kürəsində dalğalanma başladı: Təhlükəli saatlarla bağlı xəbərdarlıq edildi
-
Sosial15 May 16:26Əsgəran Silah Muzeyi yaradılır


































.jpg)



