Hadisə
Paytaxtda dəhşətli faciə: Şişi də, kababı da yandırdı, hələ 62 mənzili də
Finlandiyanın paytaxtı Helsinkidə onlarla ailəni evsiz qoyan dəhşətli yanğın hadisəsi baş verib. Eyvanda kabab bişirmək istəyən sakinin ehtiyatsızlığı bütöv bir binanın faciəsinə səbəb olub.
Publika.az xəbər verir ki, hadisə Helsinkinin Kalasatama rayonunda qeydə alınıb.
Gecə saatlarında 4-cü mərtəbədə eyvanların birindən başlayan alov sürətlə binanın dam örtüyünə keçib.
İlkin məlumata görə, yanğına səbəb mənzil sahiblərindən birinin qaz manqalından istifadə etməsi olub. Alov qısa zamanda nəzarətdən çıxaraq bütöv konstruksiyanı ağuşuna alıb.
Helsinkidə son illərin ən böyük fəlakətlərindən biri hesab olunan yanğının söndürülməsinə 30-a yaxın yanğınsöndürən briqada və xüsusi texnika cəlb edilib. Alovla mübarizə təxminən 10 saat davam edib. Yanğın zamanı bina sakinləri təcili şəkildə təxliyə olunublar. Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.
Buna baxmayaraq, alov binanın dam örtüyünü tamamilə sıradan çıxarıb, pilləkən qəfəslərini və kommunikasiya xətlərini məhv edib. Tüstü və suyun vurduğu ciddi ziyan səbəbindən bina tamamilə yararsız hala düşüb. 62 ailə evsiz qalıb.
Polis hadisə ilə bağlı "ictimai təhlükəsizliyə təhdid və ağır ehtiyatsızlıq" maddəsi ilə cinayət işi açıb, araşdırma aparılır.
Adəm
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO







.jpg)



























.jpg)


