Sosial
Pensiya ilə bağlı vacib məlumat - 30 min manatı tez almaq üçün…
Qanunvericiliyə əsasən, yaşa görə əmək pensiyası almaq üçün vətəndaşın ya minimum pensiya kapitalı olmalı, ya da ən azı 25 il sığorta stajı toplanmalıdır. Hazırda minimum pensiya kapitalı 46 min 80 manat təşkil edir. Əgər bir şəxsin hesabında 40 min manat pensiya kapitalı varsa, lakin bu məbləğ tələb olunan həddə çatmırsa və onun sığorta stajı da 25 il deyil, məsələn, 23 ildirsə, həmin şəxs yaşa görə əmək pensiyası hüququ qazana bilmir. Bu halda ona yalnız yaşa görə sosial müavinət təyin edilir.
Belə vəziyyətdə vətəndaşın hesabında qalan 30-40 min manat pensiya kapitalının aqibəti necə olur? Həmin vəsait şəxsə geri qaytarılır, yoxsa sistemdə qalır?
Publika.az xəbər verir ki, bu barədə Globalinfo.az-a iqtisadçı Günay Hüseynova danışıb. O qeyd edib ki, əgər şəxsin əmək stajı yetərli deyilsə, həmçinin də lazım olan kapitalı toplamayıb və əməkhaqqı yaşını doldurubsa, sosial müavinət verilir:
“Əgər qeyd olunan müəyyən müddət çatmırsa, həmin müddəti işləyib staj müddətini doldura bilər. Bu zaman vətəndaşın yenidən müraciət edərək əmək pensiyası hüququndan yararlana bilməsi mümkündür”.
Pensiya kapitalında toplanan 30-40 min manatın aqibətinə qaldıqda, iqtisadçı deyib ki, bununla bağlı qərar yoxdur:
“Əgər konkret qanun layihəsi olarsa, o zaman həmin toplanan kapitalın 30-40 faizə qədəri ödənə bilər. Şəxsin vəfat etməsi durumunda isə ödəniləcək məbləğ vərəslər arasında bərabərhüquqlu formada bölünəcək. Şəxsin kredit borcu və ya digər borcları varsa, həmin məbləğdən silinib sonra vərəsələrə ödənilə bilər . Yuxarda qeyd etdiyim kimi, bununla bvağlı konkret qanun layihəsi mövcud deyil. Vətəndaşın da hüququ yoxdur ki, dövlətdən tələb etsin”.
Günay Hüseynova bildirib ki, bundan əlavə özəl pensiya fondlarının yaranması nəzərdə tutulur:
“Bir növ Türkiyədəki “bireysel emeklilik” sistemi kimi. Yəni istənilən vətəndaş, həmçinin işləməyən evdar qadınlar belə bu fonda pul yatırıb pensiya hüququ yarandığı zaman təqaüd ala bilirlər. Şəxs vəfat etdikdə isə mirasçılar müəyyən məbləği həmin fonddan ala bilirlər. Düsünürəm ki, özəl pensiya fondlarının fəaliyyəti daha məqsədəuyğun olardı. Həmçinin, dövlət nəzarətində qurumun fəaliyyəti güvənli və şəffaf olması baxımından da avantajlıdır. Təbii ki, bu zaman da əmək müfəttişliyinin iş rejimini gücləndirməsi və ciddi nəzarət tədbirləri önəmli faktordur. Bununla yanaşı dövlət təşkilatları, dövlət qurumları tətbiqlərinə inteqrasiya da önəmli faktordur”.
-
Sosial08:24Pensiya ilə bağlı vacib məlumat - 30 min manatı tez almaq üçün…
-
Hadisə06:16Qəfil vəfat edən Leysan tanınmış ailənin övladı imiş
-
İdman05:45Dopinqə icazə verilən ilk turnir: Dünya rekordu qırdı, 1 milyon qazandı
-
ABŞ04:30ABŞ İrana 30 gün vaxt verəcək...
-
Hadisə03:19Dəm qazı faciəsi: Nənə öldü, nəvənin vəziyyəti ağırdır - Foto
-
Qoroskop02:00Günün ulduz falı: yeni başlanğıclar vaxtıdır
-
Region01:40İranda partlayış səsləri eşidildi
-
Sosial25 May 23:15Bəzi şəxslərə pulsuz mənzillər veriləcək


























.jpg)











