Elm və təhsil
İmtahanı xarici dildə verəcək abituriyentlərin nəzərinə
Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən rus bölməsi abituriyentlərə xəbərdarlıq edib.
DİM-dən Publika.az-a verilən məlumatda bildirilib ki, qəbul (buraxılış) imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər “Azərbaycan Respublikasının dövlət dili haqqında” qanununa əsasən, “Azərbaycan dili” fənnindən test imtahanı verirlər. Test imtahanı ildə 2 dəfə təşkil olunur. Bu il “Azərbaycan dili” fənni üzrə ilk imtahan aprelin 22-də keçirilib, ikinci imtahan isə iyunun 10-da keçiriləcək.
Aprelin 22-də keçirilən imtahanda “qeyri-məqbul” qiymət alan və ya müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər mayın 18-dən 29-dək qeydiyyatdan keçməklə iyunun 10-da keçiriləcək ikinci “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.
Martın 1-dən 27-dək ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün elektron ərizə təqdim etməyən cari ilin 9-cu sinif rus bölməsinin abituriyentləri də mayın 18-dən 29-dək kolleclərin müsabiqəsində iştirak etmək üçün qeydiyyatdan keçə biləcəklər. Göstərilən tarixlərdə qeydiyyatdan keçən rus bölməsinin abituriyentləri 10 iyun tarixində keçiriləcək “Azərbaycan dili” fənni üzrə ikinci imtahanda iştirak edə biləcəklər. Yəni həmin abituriyentlər Azərbaycan dili fənni üzrə imtahanda iştirak etmək üçün əlavə qeydiyyatdan keçməyəcəklər.
Kolleclərin müsabiqəsində iştirak etmək üçün 1-27 mart tarixlərində qeydiyyatdan keçməyən cari ilin Azərbaycan bölməsi məzunlarına isə ümumi (9 illik) orta təhsil bazasında buraxılış imtahanlarında iştirak edib tələb olunan müsabiqə şərtlərini ödədikləri halda iyulun 25-dən avqustun 6-dək ixtisas seçimi müddətində qeydiyyatdan keçib müsabiqədə iştirak etmək imkanı yaradılacaq.
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO