Elm və təhsil
Vakant vəzifələr üzrə müsahibələrin qrafiki açıqlandı
Dövlət İmtahan Mərkəzi tərəfindən vakant inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün mayın 22-də elan edilmiş ümumi müsahibədə qeydə alınmış namizədlərlə müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.
DİM-dən Publika.az-a verilən məlumata görə, müsahibələrin iyulun 9-dan başlanılması və iyulun 19-dək davam etməsi nəzərdə tutulur. Namizədlərlə müsahibələrin Dövlət İmtahan Mərkəzinin Bakı şəhərində yerləşən inzibati binasında keçirilməsi nəzərdə tutulur. Müsahibələrin Hesablama Palatası, Energetika Nazirliyi, Təhsil Nazirliyi, Maliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Şirvan Apelyasiya Məhkəməsi, Lənkəran Ağır Cinayətlər Məhkəməsi, Şabran Rayon Məhkəməsi üzrə elan edilmiş vakant vəzifələri əhatə edir.
Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında daha çox rəqabət Hesablama Palatasının Ümumdövlət xidmətlərinin auditi şöbəsi, Ümumdövlət xidmətləri üzrə digər sahələrin auditi sektorunda məsləhətçi (1 vakant vəzifəyə 19 müraciət), Energetika Nazirliyinin İnsan resursları və dövlət qulluğu şöbəsi, Dövlət qulluğu sektorunun müdiri (1 vakant vəzifəyə 14 müraciət) vəzifələri üzrə müşahidə edilir.
Təqdim etdiyimiz məlumatlardan göründüyü kimi ən yüksək müsabiqə vəziyyəti Hesablama Palatası üzrə (1 vakant vəzifəyə 19 müraciət) müşahidə edilib.
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?