Elm və təhsil
Yaş artdıqca imtahanda uğur faizi azalır - DİM
Dövlət İmtahan Mərkəzi inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə iyunun 30-da dövlət qulluğuna qəbul imtahanı ilə bağlı bəzi statistik məlumatları açıqlayıb.
DİM-dən Publika.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən namizədlərin 807 nəfəri kişi, 569 nəfəri isə qadın olub. Qeydiyyatdan keçən namizədlərdən kişilər üzrə 714 nəfər (qeydiyyatdan keçənlərin 88.5%-i), qadınlar üzrə isə 512 nəfər (qeydiyyatdan keçənlərin 90%-i) 20-34 yaş intervalında olanlardır. Ən yuxarı yaş qrupu (60-64 yaş intervalı) üzrə qeydiyyatdan keçənlərin 1-i kişi, 1-i isə qadındır. Lakin yuxarı yaş intervalına aid kişi və qadın namizədlərin heç biri imtahanda uğur qazana bilməmişdir. Ümumiyyətlə, imtahanda iştirak edən 45 yaşdan yuxarı namizədlərdən yalnız 5 nəfəri (3 kişi, 2 qadın) imtahanı uğurla keçib.
imtahanda müvəffəqiyyət əldə edən kişi və qadınların 188 nəfəri (96 kişi və 92 qadın) 20‑24 yaş intervalında olan namizədlərdir. Bu yaş qrupu üzrə imtahandan iştirak edən kişilərin 40.5%-i, qadınların isə təqribən 54.4%-i müvəffəqiyyət əldə edib.25-29 yaş intervalında isə 226 nəfər (127 kişi və 99 qadın) lazım olan balı toplaya bilib. İmtahanda uğur qazanan namizədlərin 482 nəfəri, yəni təqribən 95%-i yaşı 34-ə qədər olan insanlardır. Bu göstərici 22 aprel tarixində keçirilən imtahanda da təxminən eyni idi (96%). Bu onu göstərir ki, imtahanlarda uğur əldə edən namizədlər əsasən gənclərdir. Yaş intervalı artıqca uğur əldə edənlərin faizi aşağı düşür.
35-64 yaş intervalında olan və imtahanı uğurla keçən namizədlərin sayı 26 nəfərdir. İmtahanda uğur əldə edənlərin faiz göstəricilərinə kişilər və qadınlar üzrə baxsaq görərik ki, qadınların nəticələri daha yuxarıdır. Belə ki, imtahanda iştirak edən kişilərin 33.2%-i, qadınların isə 42.2%-i uğur əldə ediblər. Xatırladaq ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1376 namizəddən 508 nəfəri (36.9%) müvəffəqiyyət əldə edib.
Digər statistik məlumatlarla aşağıdakı cədvəllərdə tanış ola bilərsiniz:
Ümumi məlumat
Yaş intervalı |
Qeydiyyatdan keçmişdir |
Test imtahanından uğurla keçib |
Faizlə (%) |
|
20-24 |
406 |
188 |
46.3 |
|
25-29 |
567 |
226 |
39.9 |
|
30-34 |
253 |
68 |
26.9 |
|
35-39 |
79 |
18 |
22.8 |
|
40-44 |
36 |
3 |
8.3 |
|
45-49 |
12 |
2 |
16.7 |
|
50-54 |
12 |
1 |
8.3 |
|
55-59 |
9 |
2 |
22.2 |
|
60-64 |
2 |
0 |
0.0 |
|
Cəmi: |
1376 |
508 |
36.9 |
Kişi və qadınlar üzrə məlumat
Cinsi |
Yaş intervalı |
Qeydiyyatdan keçmişdir |
Test imtahanından uğurla keçib |
Faizlə (%) |
|
Kişi |
20-24 |
237 |
96 |
40.5 |
|
Kişi |
25-29 |
340 |
127 |
37.4 |
|
Kişi |
30-34 |
137 |
30 |
21.9 |
|
Kişi |
35-39 |
48 |
10 |
20.8 |
|
Kişi |
40-44 |
23 |
2 |
8.7 |
|
Kişi |
45-49 |
7 |
1 |
14.3 |
|
Kişi |
50-54 |
9 |
1 |
11.1 |
|
Kişi |
55-59 |
5 |
1 |
20.0 |
|
Kişi |
60-64 |
1 |
0 |
0.0 |
|
Kişilər üzrə cəmi: |
807 |
268 |
33.2 |
||
Qadın |
20-24 |
169 |
92 |
54.4 |
|
Qadın |
25-29 |
227 |
99 |
43.6 |
|
Qadın |
30-34 |
116 |
38 |
32.8 |
|
Qadın |
35-39 |
31 |
8 |
25.8 |
|
Qadın |
40-44 |
13 |
1 |
7.7 |
|
Qadın |
45-49 |
5 |
1 |
20.0 |
|
Qadın |
50-54 |
3 |
0 |
0.0 |
|
Qadın |
55-59 |
4 |
1 |
25.0 |
|
Qadın |
60-64 |
1 |
0 |
0.0 |
|
Qadınlar üzrə cəmi: |
569 |
240 |
42.2 |
||
Yekun: |
1376 |
508 |
36.9 |
-
Banklar 21:00
Kredit kartları ilə bağlı YENİLİK: verilmə qaydaları sərtləşdirilə bilər - VİDEO
-
Art20:36
Türk ulduzun Bakıdakı monotamaşası anşlaqla qarşılandı - FOTO
-
Magazin120:00
Nicat dayısı Yaşar ilə eyni səhnədə... - VİDEO
-
Nida Xəbər 19:00
Bərxudarovun yerinə keçən Vilayət Quliyev kimdir? - DOSYE
-
Dünya17:15
İsraildə avtovağzalda terror aktı: 1 ölü, 11 yaralı
-
MDB16:40
Putin ad gününü necə keçirəcək?
-
Nida Xəbər 15:21
Mais Bərxudarov vəzifəsindən azad edildi
-
Ekologiya14:00
Sabahla bağlı əhaliyə XƏBƏRDARLIQ