Müəllimlərin işə qəbul imtahanında hansı çatışmazlıqlar var? - EKSPERT AÇIQLADI
Bizi izləyin

Elm və təhsil

Müəllimlərin işə qəbul imtahanında hansı çatışmazlıqlar var? - EKSPERT AÇIQLADI

2018-ci il üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu prosesi başlayıb. İyulun 2-dən 8-dək aparılan elektron sənəd qəbulu zamanı nəticəsində 46 757 namizədin ərizəsi qəbul olunub.

Publika.az xəbər verir ki, müəlimləri işə qəbul imtahanını şərh edən təhsil eksperti Kamran Əsədov imtahan suallarının hansı kitablar əsasında hazırlanması narahatlığının olduğunu deyib:

“Ərizələri qəbul olmuş müəllimliyə namizədlər 16 iyundan başlayaraq imtanda iştirak edəcəklər. Amma 50 minə yaxın şəxsi narahat edən bir məqam var.
MİQ imtahanında suallar nədən, yəni hansı kitablardan düşəcəyidir. Təhsil Nazirliyinin Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu İnsan Resursları Mərkəzinin əməkdaşı facebookda deyib ki, böyük ehtimal bu il MİQ imtahanlarında test tapşırıqları kurikulum dərsliklərindən salınacaq. Bu yaxşı haldır. Çünki işə qəbul olunacaq müəllimlər dərsdə istifadə edəcəkləri kitablarla tanış olmalıdırlar. Amma hələdə kurikulum dərslikləri arasındakı mübahisəli, ziddiyyətli faktlar öz həllini tapmayıb. Bundan başqa kurikulum dərslikləri tam şəkildə çap olunmayıb. Yəni, tarix fənni üzrə kurikulum dərslikləri 1800-ci ilə qədər əhatə olunub. Düzdür, 6-9-cu sinif kurikulum dərslikləri tam dövrü əhatə edir. Amma X sinif dərsliyi ilə VI-IX sinif dərslikləri arasında ziddiyyətli, bir – birini inkar edən faktlar var.
Başqa bir məqam, XI sinif kurikulum ilə dərslikləri hələ də çap olunmayıb. Müəllimliyə namizədlərə bu sinifi ənənəvi XI sinif kitabından oxumaq tövsiyə olunur. Axı ənənəvi XI sinif tarix kitabı 1918-2017-ci illəri əhatə edir. Belə olan halda namizəd 1800-cü ildən 1918-ci ilə qədərki dövrü hansı kitabdan oxumalıdır?”

K.Əsədov müəlimlərin işə qəbulu ilə bağlı sınaq imtahanlarında sualların ənənəvi dərsliklər əsasında hazırlandığını bildirib:

“Müvafiq qəbul imtahanlarına namizədlərin səmərəli hazırlaşmalarına kömək məqsədi ilə sınaq imtahanı keçirilir. Təhsil Nazirliyinin Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda müəllimlərin işə qəbulu ilə bağlı keçirdikləri sınaq imtahanlarında ödəniş 10 manatdır. May ayından 10 minlərlə namizəd bu imtahanlarda iştirak edib və müvafiq olaraq TİPİİ külli miqdarda gəlir əldə edib.
Amma maraqlısı budur ki, TİPİİ-nin keçirdiyi sınaq imtahanlarında iştirakçılara təqdim edilən test tapşırıqları kurikulum kitabları əsasında yox, ənənəvi dərsliklər əsasında hazırlanmışdı.
İmtahanda iştirak edənlər bununla bağlı imtahan təşkilatçılarına müraciət etsələr də, onlar belə olacağını deyiblər. Necə olur ki, pul qazanmaq üçün ənənəvi dərsliklərdən test tapşırığı təqdim edirlər, amma qəbul imtahanını ənənəvi dərsliklərdən istifadə etmirlər? Təhsil Nazirliyinin təşkil etdiyi müəllimlərin işə qəbul imtahanında əsas çatışmazlıqlar kurikulum, ixtisas sualları və məntiq üzrə üzrə nə proqram, nə də vəsait yoxdur. Vahid kitabın olmaması isə dağınıqlıq yaradır. Dövlət İmtahan Mərkəzi keçirdiyi bütün imtahanlarla bağlı öncədən proqram və vəsaitləri çap edir. Təklif edirəm ki, müəllimlərin işə qəbul imtahanlarını da Dövlət İmtahan Mərkəzi keçirsin”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm