Kolleclərə qəbul olanların nəzərinə
Bizi izləyin

Elm və təhsil

Kolleclərə qəbul olanların nəzərinə

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olanlar bu gündən sənədlərini qəbul olduqları təhsil müəssisələrinə təqdim edə bilər.

Dövlət İmtahan Mərkəzindən Publika.az-a verilən məlumata görə, sənəd qəbulu avqustun 9-dan 24-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm