Abel Məhərrəmov beynəlxalq konfransın elm komitəsinin üzvü seçildi
Bizi izləyin

Elm və təhsil

Abel Məhərrəmov beynəlxalq konfransın elm komitəsinin üzvü seçildi

Akademik Abel Məhərrəmov nüfuzlu beynəlxalq konfransın elm komitəsinin üzvü seçilib.

Bu barədə Publika.az-a Bakı Dövlət Universitetinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, 2019-cu il iyunun 16-20-də Yunanıstanın Saloniki şəhərində 17-ci Beynəlxalq Kimya və Ətraf Mühit konfransı keçiriləcək. Konfrans Avropa Kimya Elmləri Cəmiyyətinin Kimya və ətraf mühit bölməsi ilə Yunanıstan Kimyaçılar Assosiasiyasının təşkilatçılığıyla baş tutacaq. Bu nüfuzlu konfransın Elm Komitəsində dünyanın müxtəlif ölkələrindən ən tanınmış alimlər təmsil olunurlar. Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov da bu komitəyə daxil edilib.

Bundan başqa, BDU-nun bir neçə əməkdaşı da Avropa Kimya Elmləri Cəmiyyətinin xüsusi qrant layihəsi çərçivəsində bu konfransda iştirak etmək üçün dəvət olunublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm