Alimdən SENSASİON XƏBƏRDARLIQ: Yer kürəsi bu tarixdə MƏHV OLACAQ - VİDEO
Bizi izləyin

Elm və təhsil

Alimdən SENSASİON XƏBƏRDARLIQ: Yer kürəsi bu tarixdə MƏHV OLACAQ - VİDEO

Apofis asteroid Yer kürəsi ilə toqquşacağı halda, çoxmilyonlu şəhər tamamilə məhv ola bilər.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Elmlər Akademiyasının Geosferlərin Dinamikası İnstitutunun mütəxəssisi, fizika-riyaziyyat elmləri doktoru Valeri Şuvalov bildirib.

“Əgər Apofis (diametri 300 metrdən çoxdur - TASS) Moskvaya düşərsə, şəhərdə hər şey məhv olacaq. Həmçinin ciddi dağıntılar Moskva vilayətinin ərazisində yaranacaq. İonosfer şüası, yəqin ki, bütün Avropanı tutacaq”, - Şuvalov Rusiya paytaxtının nümunəsində zərbənin təxmini qiymətləndirməsini aparıb.

O, əlavə edib ki, ölçüləri Apofis böyüklüyündə olan asteroid hər 10-100 min ildən bir Yer kürəsinə düşür.

Alim bildirib ki, bu gün bəşəriyyətdə asteroidin trayektoriyasını dəyişdirmək üçün vasitə yoxdur.

Qeyd edək ki, Apofis asteroidi 2014-cü ildə Kitt-Pik (Arizona ştatı) rəsədxanasında aşkar edilib. Göy cismi saniyədə 30 kilometrdən yuxarı sürətlə hərəkət edir. O, Yer kürəsinə nisbətən kiçik məsafəyə yaxınlaşaraq ondan uzaqlaşır. Növbəti yaxınlaşmanın 2029-cu ildə (müxtəlif məlumatlara görə, 37-38 min kilometrdə) olacağı gözlənilir.

Daha əvvəl Sankt-Peterburq Dövlət Universitetindən alimlər fərz ediblər ki, Apofis 2068-ci ildə Yer kürəsi ilə toqquşa bilər.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm