Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı
Bizi izləyin

Elm və təhsil

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Magistraturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən Publika.az-a verilən məlumata görə, bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahan nəticələri saat 15:56-dan etibarən DİM-in saytında yerləşdirilib.

İmtahanda iştirakı nəzərdə tutulan 12684 bakalavrdan 138 nəfəri imtahana gəlməyib. 1 nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub. İmtahanda ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 97 bal olub.

Qeyd edək ki, müsabiqə şərtlərini ödəyən bakalavrlar imtahanın II mərhələsinə (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına) buraxılırlar. Bu bakalavrlar 2019-cu il aprelin 26-dan mayın 7-dək olan müddətdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər. Magistraturaya qəbul imtahanının II mərhələsi mayın 26-da keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm