DİM-dən bakalavrlara XƏBƏRDARLIQ
Bizi izləyin

Elm və təhsil

DİM-dən bakalavrlara XƏBƏRDARLIQ

Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanında iştirak edəcək bakalavrlar "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən Publika.az-a verilən məlumata görə, 68, 69 və 70 nömrəli qəbul proqramlarını seçənlər istisna təşkil edir.

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının II mərhələsi mayın 26-da keçiriləcək.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm