Elm və təhsil
Liseylərə qəbul üzrə müsabiqənin nəticələri açıqlandı
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki lisey və məktəb-liseylərin V və VII siniflərinə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb.
İdarədən Publika.az-a verilən məlumata görə, valideynlər müsabiqənin nəticələri barədə məlumatı müraciət etdikləri təhsil müəssisələrindən əldə edə bilərlər.
Qeyd edək ki, Texniki-Humanitar Lisey, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey və 291 nömrəli Ekologiya Liseyinin V sinfinə qəbulla bağlı müsabiqəyə 1 239 şagird qatılıb. Onlardan 567 nəfəri müsabiqənin nəticələrinə görə müvəffəq olub.
BŞTİ-nin tabeliyindəki 23 məktəb-lisey və liseyin VII siniflərinə qəbul üçün müsabiqədə isə həmin məktəb-liseylər və liseylərlə yanaşı, cari tədris ilində digər ümumi təhsil məktəblərinin VI sinfini əla və yaxşı qiymətlərlə bitirmiş 2 046 şagird iştirak edib. Müsabiqədə uğurla iştirak etmiş şagirdlər göstərdikləri nəticələrə uyğun olaraq müvafiq profil sahələri üzrə lisey siniflərində təhsilini davam etdirmək hüququ qazanıb.
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirilir
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq