Yeni imtahan modelinin tətbiqinə çox ciddi ehtiyac var - NAZİR
Bizi izləyin

Elm və təhsil

Yeni imtahan modelinin tətbiqinə çox ciddi ehtiyac var - NAZİR

İmtahan modellərinin dəyişdirilməsi təhsil sistemində tez-tez baş verən proses deyil. Uzun illər ərzində biz imtahanlar barəsində danışarkən əsasən imtahanın dürüstlüyü, ədalətliliyi prinsiplərinə diqqət etmişik.

Publika.az xəbər verir ki, bunu Təhsil Naziri Ceyhun Bayramov "Yeni imtahan modeli: islahatlar, nəticələr gözləntilər" mövzusunda keçirilən konfrasda deyib.

O bildirib ki, bu, çox vacib və əhəmiyyətlidir: "Eyni zamanda qeyd etməliyik ki, uzun müddət ərzində ölçülməyən biliklər unudula bilər. Ona görə də bu gün əmək bazarında tələb olunan bir sıra bacarıqlara diqqət yetirdikdə tənqidi təfəkkür, qeyri standart yanaşma, komandada işləmək, riyazi təfəkkür, kreativlik və bir sıra bu kimi kompetensialara diqqət yetirdikdə görürük ki, məzunlarımızın bu sahədə kifayət qədər çox axsadığı istiqamətlər mövcuddur. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, yeni imtahan modelinin tətbiqinə çox ciddi ehtiyac var. Təhsil Nazirliyi son bir neçə il ərzində Dövlət İmtahan Mərkəzi ilə bu istiqamətdə sıx əməkdaşlıq edib. Yeni imtahan modelinə əsasən, buraxılış imtahanlarının şagirdlərin gələcək taleyinə təsir etməsi çox əhəmiyyətli bir dəyişiklikdir. Çünki 11 il ərzində keçirilən tədbirin ölçülməsi təhsilin növbəti pilləsinə daxil olmaq üçün nəzərə alınması olduqca vacibdir.

Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğuya əsasən görürük ki, respondentlərin 60 faizi məhz yeni imtahan modelində orta məktəblə ali məktəb arasında əlaqənin qurulmasını çox müsbət qəbul edib. Ən vacib məqam ondan ibarətdir ki, yeni imtahan modeli XXIəsrin tələb olunan bacarıqlarının ölçülməsini özündə ehtiva edir. Bu modeldə tələb olunan riyazi və məntiqi təfəkkür, mətnlə işləmək, yazı qabiliyyəti və digər bacarıqların ölçülməsi olduqca vacibdir. Bu imtahan modelində qapalı tipli sualların çoxluq təşkil etməsinə baxmayaraq, yeni imtahan modeli əvvəlki modellə müqayisədə daha yüksək bacarıqları ölçməyə imkan verir. Bu da olduqca vacib istiqamətidir.

Növbəti vacib məqam odur ki, yeni imtahan modelində fənlərin sayında azalma var. Nəzərə alaq ki, buraxılış imtahanları ali məktəblərə qəbul zamanı nəzərə alınır. Daha əvvəlki modeldə isə həm buraxılış, həm də qəbul imtahanları Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilirdi. Yalnız qəbul imtahanlarının II mərhələsinin nəticələri abituriyentin gələcək həyatına təsir edirdi. Yeni imtahan modelinə əsasən, II mərhələdə imtahan fənlərinin sayında azalma var. Hesab edirik ki, bu həm qiymətləndirmə yükünün azaldılması, həm də abituriyentlərin imtahanlara psixoloji baxımdan daha rahat olması üçün əhəmiyyətli dəyişiklik olacaq. Qanunvericiliyə edilən dəyişikliyə əsasən, bu il ərzində müxtəlif sahələrdə özünü doğruldan 100 gənc ali məktəbə müsabiqədən kənar qəbul olunub. Hesab edirəm ki, bu dəyişiklik növbəti illərdə çox müsbət nəticələr verəcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm