Elm və təhsil
Azərbaycanda 20 müəllimə sərt cəza verildi, 1 nəfər isə işdən çıxarıldı - RƏSMİ
2019-cu ildə Təhsil Nazirliyinin xüsusi hallarla bağlı 146-2 “Qaynar xətt” xidmətinə 154 müraciət daxil olub.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, Bakı şəhəri də daxil olmaqla, 5 şəhər və 31 rayon ümumi təhsil müəssisəsindən daxil olan müraciətlər şagirdlər arasında qısnama (bulinq) halları və ya şagird-müəllim arasında yaranmış münaqişə vəziyyətləri ilə bağlıdır.
Təhsil Nazirliyinin tapşırığına əsasən, müraciətlər şagirdlərin, onların valideynlərinin və müəllimlərinin iştirakı ilə yerində dərhal araşdırılıb. Araşdırma nəticəsində təsdiqini tapmış hallar məktəblərin Pedaqoji şuralarının müzakirəsinə çıxarılıb, fəaliyyətində nöqsanlara yol vermiş 20 məsul şəxs barəsində intizam tənbehi tətbiq edilib, 1 nəfər işdən azad edilib. 4 müraciətlə bağlı aidiyyəti orqanlarda araşdırma davam etdirilir.
Xatırladaq ki, ötən il Təhsil Nazirliyi tərəfindən şagirdlərə dəstək məqsədilə 146-2 “Qaynar xətt” xidməti istifadəyə verilib və “Mənimlə danış” sosial kampaniyasına başlanılıb. Bu kampaniya çərçivəsində tanınmış simalar qısnamaya məruz qalmış məktəblinin hekayəsini təqdim edirlər.
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi