Elm və təhsil
Sənəd qəbulu ilə əlaqədar QAYDALAR DƏYİŞDİ
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün verdikləri sənədləri onlayn qaydada təsdiq edə bilməyən abituriyentlər elektron növbə əsasında Sənəd Qəbulu Komissiyalarına müraciət edəcəklər.
Publika.az Trend-ə istinadla xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Nigar Hüseynova deyib.
Onun sözlərinə görə, mayın 12-dən başlayaraq iyunun 5-dək ali məktəblərə və 11 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə onlayn qaydada sənəd qəbulu aparılacaq.
Mayın 25-dən sonra sənədlərini onlayn qaydada təsdiq etdirə bilməyən abityuriyentlər Sənəd Qəbulu komissiyalarına müraciət edə biləcəklər: "Amma abiturieyntlər bunun üçün mayın 18-dən başlayaraq, elektron növbə sistemi ilə növbə götürməlidirlər. Onlar bu növbə sistemi əsasında Dövlət İmtahan Mərkəzinin inzibati binalarından birinə yaxınlaşacaqlar. Kimə hara rahatdırsa, orada sənədlərini təqdim edə biləcək. Amma sənədlərini onlayn qaydada təsdiq edə bilməyən abituriyentlərin sayı az olur. Onların əksəriyyəti sənədlərini onlayn qaydada təsdiq edə bilir".
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq