Elm və təhsil
AMEA-nın aztəminatlı işçilərinə ərzaq yardımı edilib
AMEA Rəyasət Heyəti aparatının Həmkarlar Təşkilatı və Azad Həmkarlar İttifaqı (AHİ) tərəfindən koronavirus pandemiyası dövründə ehtiyacı olan aztəminatlı əməkdaşlara ərzaq yardımı edilib.
AMEA-dan Publika.az-a verilən məlumata görə, tədbirdə AHİ-nin Rəyasət Heyətinin üzvü Şəhla Əmirova çıxış edərək ölkə rəhbərliyi tərəfindən Azərbaycanda COVID-19 pandemiyasının qarşısının alınması məqsədilə zəruri qabaqlayıcı tədbirlərin görüldüyünü, profilaktik və təxirəsalınmaz addımların atıldığını bildirib. Qeyd edib ki, verilmiş uzaqgörən qərarlar və xüsusi karantin rejiminin elan edilməsi nəticəsində ölkəmiz bu prosesdən az itki ilə çıxıb. O həmçinin pandemiya dövründə məşğulluğa və sosial rifaha dəstək vermək məqsədilə bir sıra tədbirlərin icra edildiyini söyləyib və bugünkü yardım aksiyasının ölkədə aparılan siyasətin məntiqi davamı olduğunu vurğulayıb.
Daha sonra AMEA Rəyasət Heyəti aparatının Həmkarlar Təşkilatının sədri Gülarə Əmirova çıxış edərək əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyə çağırıb, onları Ramazan bayramı və 28 May - Respublika Günü münasibətilə təbrik edib.
Sonda sosial məsafə gözlənilməklə AMEA Rəyasət Heyətinin və Akademiya şəhərciyinin 120-yə yaxın texniki, gözətçi və sanitar işçisinə ərzaq yardımı paylanılıb.
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq