Elm və təhsil
Yaşı 8-dən yuxarı olan uşaqlar üçün QEYDİYYAT BAŞLADI
Bu gündən, iyunun 1-dən yaşı 8-dən yuxarı olan uşaqların fərdi təhsilə cəlb olunması üçün qeydiyyat başlayır.
Publika.az xəbər verir ki, bununla bağlı valideynlər www.mektebeqebul.edu.az saytında qeydiyyatdan keçdikdən sonra iyunun 1-dən yerli təhsili idarəetmə orqanlarında yaradılmış müvafiq komissiyaya müraciət etməlidirlər.
Müraciətlərin qəbulu həftənin II və IV günləri yaşayış yerindən arayış, 2 ədəd 3x4 rəngli fotoşəkil, valideynin (və ya qanuni nümayəndənin) və uşağın şəxsiyyətini təsdiq edən sənəd, ehtiyac yaranarsa, sağlamlıq haqqında arayışla (forma 26U) həyata keçiriləcək.
Valideynlərə həmin komissiyaya övladını da özləri ilə gətirmələri tövsiyə olunur.
Qeyd edək ki, yaşı 8-dən yuxarı olan uşaqlar Təhsil nazirinin 29.05.2014-cü il tarixli, 645 nömrəli əmri ilə təsdiq edilən “Fərdi təhsilin təşkili haqqında Qaydalar”ın tələblərinə uyğun olaraq fərdi təhsilə cəlb olunurlar.
-
Rəsmi xronika15:02İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
-
Rəsmi xronika14:02Prezident fərman imzaladı
-
Nida Xəbər 13:46Bu saatlarda gedişhaqqı 1 qəpik olacaq
-
MDB12:30Zelenskidən Lukaşenkoya müraciət: Putini də götür bura gəl
-
Nida Təhlil 11:09Azərbaycanda 1,4 milyonluq mənimsəmə - Hərbçilər də ittiham olunur
-
Qoroskop10:20Bu gün şansı dəyişəcək 5 BÜRC - Mələk rəqəminin enerjisi aktivdir
-
Tarix09:543800 il əvvələ aid borc dəftəri tapıldı: Hesab pivə ilə də bağlanırmış - FOTO
-
Hadisə09:48Elşən Usubov həbs olundu




































