Nəqliyyat
BDYPİ: Sükan arxasında yuxulayan sürücü potensial təhlükədir
"Az qala hər gün qeydə alınan toqquşma, aşma, maneə vurma hadisələrinin təhlili deməyə əsas verir ki, hələ də sürücülər arasında yorğun, yuxusuz, hətta səhhətində ciddi problemlər olduğunu bildiyi halda sükan arxasına əyləşən şəxslərin sayı az deyil".
Publika.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilib.
Bildirilib ki, iş və istirahət rejiminə əməl etməyən, fasiləsiz nəqliyyat vasitəsi idarə etdikdən sonra, xüsusilə günün qaranlıq vaxtı və ya məhdudiyyətli görünmə şəraitində yenidən sükan arxasına əyləşən sürücü artıq potensial təhlükə mənbəyidir.
"Təəssüf ki, bu kimi neqativ hallar ən çox sərnişin və yük daşıma fəaliyyəti ilə məşğul olan sürücülər arasında müşahidə olunur. Bu isə yekunda ağır və bir çox hallarda bərpası olunmayan itkilərə yol açır, arzuolunmaz nəticələr yaradır.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, yuxusuz, yorğun, əzgin halda sükün arxasına əyləşməyin, əhval-ruhiyyəniz, səhhətiniz imkan vermədikcə səfərlərə çıxmaqdan çəkinin.
Uzaq məsafələr qət edərkən mütləq fasilə verin, avtomobilinizi təhlükəsiz yerdə saxlayıb qısa müddətli də olsa istirahət edin. Unutmayın, sükan arxasında yuxulayan sürücü, bir daha oyanmamaq kimi risk daşıyıcısıdır", BDYPİ-dən bildirilib.
-
Rəsmi xronika14:02Prezident fərman imzaladı
-
Nida Xəbər 13:46Bu saatlarda gedişhaqqı 1 qəpik olacaq
-
MDB12:30Zelenskidən Lukaşenkoya müraciət: Putini də götür bura gəl
-
Nida Təhlil 11:09Azərbaycanda 1,4 milyonluq mənimsəmə - Hərbçilər də ittiham olunur
-
Qoroskop10:20Bu gün şansı dəyişəcək 5 BÜRC - Mələk rəqəminin enerjisi aktivdir
-
Tarix09:543800 il əvvələ aid borc dəftəri tapıldı: Hesab pivə ilə də bağlanırmış - FOTO
-
Hadisə09:48Elşən Usubov həbs olundu
-
Nida Xəbər 09:12Turan Əliyevə İsveçdə vəzifə verildi - FOTO





































