DİM abituriyentlərə müraciət etdi
Bizi izləyin

Elm və təhsil

DİM abituriyentlərə müraciət etdi

Dövlət İmtahan Mərkəzi Koronavirus (COVID-19) ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq abituriyentlərə müraciət edib.

Qurumdan Publika.az-a verilən məlumata görə, abituriyentlərə dəstək məqsədilə DİM-in youtube kanalında (https://www.youtube.com/stateexamcenter) təcrübəli ekspertlərin bütün qəbul imtahanı fənləri üzrə mühazirələrini yerləşdirib.

Mühazirələr qəbul proqramlarını tam əhatə etməklə, təqdim olunmuş nəzəri materialların tətbiqinə dair test tapşırıqları ilə də təchiz edilib.

Digər fənlərə aid videomühazirələr də yaxın vaxtlarda DİM-in "Youtube" kanalına yerləşdiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm