Məktəblərlə bağlı qərar verildi - Yeni dərs ili bu tarixdən başlayacaq
Bizi izləyin

Elm və təhsil

Məktəblərlə bağlı qərar verildi - Yeni dərs ili bu tarixdən başlayacaq

Türkiyədə 2020-2021-ci tədris ili yeni növ koronavirus (COVİD-19) pandemiyası səbəbindən distansiyon üsulla başlanacaq. Distansiyon üsulla tədris prosesinə avqustun 31-də start veriləcək.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyinin Elmi Komitəsinin tövsiyəsi əsasında qərar qəbul olunub.

Türkiyənin Milli Təhsil naziri Ziya Səlcuq məlumatında bildirib ki, normal tədris prosesinin sentyabrın 21-də başlanması planlaşdırılır. Koronavirusla bağlı ölkədəki vəziyyət və bunun məktəblərə təsiri sentyabrda yenidən dəyərləndiriləcək.

Qeyd edək ki, Türkiyədə koronavirus infeksiyasına gündəlik aşkarlanan yoluxma sayı 1200 nəfərə yaxındır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm