Elm və təhsil
Şagird sıxlığı çox olan siniflər bölünəcək?
Ölkədə fəaliyyət göstərən 4409 məktəbdən 182-də 1500 şagird təhsil alırsa, digərlərində bu say aşağıdır.
Publika.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmirullayev Təhsil Nazirliyinin bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, 253-dən çox məktəbdə şagird sayı 200-dən aşağıdır: "338 sinifdə şagird sayı 40-dan yuxarıdır. Bu siniflərdə şagird sayının 3-ə bölünməsi sualı var. Şagird sayı 30 nəfərdən az olan siniflər 90,3 faiz təşkil edir. Bu məktəblərdən böyük qismi Bakıda qəsəbədaxili məktəblərdir".
O qeyd edib ki, sanitar-gigiyenik normalara riayət olunması istiqamətində işlər gedir: "Müəllimlərin üz sipərindən istifadəsi, şagirdlərin maskadan istifadəsi, temperaturlarının ölçülməsi və valideynlərlə informasiya mübadiləsinin aparılması müzakirə olunur. Hər bir şagirdə koronavirusla bağlı məlumat xarakterli kitabçalar veriləcək".
Təhsil naziri əlavə edib ki, bufetlərdə də müvafiq tələblərin müəyyən edilməsi planlaşdırılır: "Böyük ehtimal soyunub-geyinmə otaqlarının şəraiti imkan vermirsə, bədən tərbiyəsi dərslərinin keçirilməməsi düşünülür. Eyni zamanda bufetlərin də fəaliyyətində məhdudiyyətlər ola bilər".
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər