Yeni müsabiqəyə start verə bilərik - Fərhad Hacıyev
Bizi izləyin

Elm və təhsil

Yeni müsabiqəyə start verə bilərik - Fərhad Hacıyev

"Yüksəliş" müsabiqəsinin əyani mərhələsinin başlaması ilə bağlı brifinq keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə müsabiqənin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev imtahanla bağlı məlumat verib.

F.Hacıyev bildirib ki, imtahanın daha əvvəl bir məkanda keçirilməsi nəzərdə tutulmuşdu: "Mövcud pandemiya vəziyyətinə uyğun olaraq imtahanları 11 regiona bölmək məcburiyyətində olduq. İmtaha hazırlıq mərhələsində 940 iştirakçının hər biri maska və əlcəklərlə təmin olunub. Bu müsabiqə başlayanda müəyyən kompetensiyalara malik iştirakçılar axtarırdıq. Buna uyğun sual bazası yaratmağa çalışdıq. Sual bazasının hazırlanmasında ABŞ və Kanada təcrübəsindən istifadə olunub. İmtahanda bir neçə mərhələ təşkil olunub. Burada idarəçiliklə yanaşı, iştirakçıların psixoloji durumu da yoxlanılır".

İşçi Qrupunun sədri qeyd edib ki müsabiqənin məqsədi gələcəyin idarəçilərini kəşf etməkdir: "Pandemiya şəraitindən asılı olaraq, icazə verilsə, daha kütləvi olan yarımfinal mərhələsinin keçirilməsinə başlayacağıq. Bugünkü imtahan ikimərhələlidir. Mərhələlər arasında 3 saat fərq olacaq. Bugünkü imtahanı uğurla başa vuran iştirakçılar ekspert rəyindən sonra yarımfinala buraxılacaq. Yarımfinala 300 uğurlu namizəd buraxılacaq. Finalda isə 100 namizəd rəqabət aparacaq. Yekun mərhələdə 20 qalib təqdim olunacaq. Müsabiqənin yekunlaşması pandemiyadan asılıdır. Bu müsabiqə yekunlaşandan bir müddət sonra yeni müsabiqəyə start verə bilərik".

Xatırladaq ki, "Yüksəliş" müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli sərəncamı ilə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

"Yüksəliş" müsabiqəsi 21-51 yaş aralığında, 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir.

2019-cu il dekabrın 27-də müsabiqənin qeydiyyat mərhələsinə başlanılıb və bu proses 2020-ci il fevralın 2-də yekunlaşıb. Ümumilikdə 11760 nəfər qeydiyyat üçün müraciət edib və onlardan 9775 nəfər müsabiqəyə qəbul edilib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm